1-İmam Sadiq (ə) buyurdu: Fəcr surəsini özünüzün vacibi və müstəhəbbi namazlarınızda oxuyun, çünki bu surə Hüseyn ibn Əliyə (ə) məxsusdur. (onunla bağlıdır.) Hər kəs onu (Fəcr surəsini) oxusa, Qiyamətdə Hüseynlə (ə) və onun qonşuluğunda həmin dərəcədə Behiştdə məskunlaşacaqdır ki, Həzrət Hüseyn (ə) məskunlaşdırılmışdır. Həqiqətən Allah əziz və həkimdir.
Allahın Rəsulu (ə) buyurdu: Bir kəs bu surəni Zilhiccə ayının birinci gecəsində oxusa, Allah onu bağışlayar. Hər kəs sair günlərdə onu oxusa, Qiyamət günündə onu oxusa, Qiyamət günündə onun üçün bir nur olacaqdır.
Hər kəs bu surəni on bir dəfə oxuyub öz halalı ilə cinsi əlaqədə olsa, Allah ona elə bir övlad əta edər ki, gözünün işıqlanmaına səbəb olar.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this