Ruslan Növrəs

Ey könül, olmaz idi can evi viranə, xərab,

Çox təəssüf kim, onu eylədi cananə xərab.

 

O siyəh xalini ver saxlayım, ey gül, nə olar,

Səndə qalsa, gəlir heyfim olar o danə xərab.

 

Şəm`in öz eşqi var, öz eşqi ilə şölələnir,

Edir öz ömrünü bica yerə pərvanə xərab.

 

Yenə bir Leylivəşin həsrəti ilə dolaşır,

Olur o dəşti-məhəbbətdə bu divanə xərab.

 

Bağlama könlümü gəl zülfünə, ki qorxum odur,

Eləyər könlümü zülfündə sənin şanə xərab.

 

Sındırıb bir kərə peymanə xərab etməmişəm,

Edib ancaq məni min bir kərə peymanə xərab.

 

Nədən ömrüm xərab olsun o vəfasızlar üçün,

Mən oluncan ola əğyar, ola biganə xərab.

 

O qədər Növrəsi qəlbində nihan saxlamısan,

Sənin öz qəlbin olubdur xərab, ey xanəxərab.

canderyasi.com


more post like this