Ruslan Növrəs

Ey güli-rənam, güli-rəna gözəldir, yoxsa sən?,

Ey qədəhvarım, meyi-səhba gözəldir, yoxsa sən?.

 

Gördüyün dünyanı görməzdən gəlirsən, ey gözüm,

Sal nəzər qəlbən de kim, dünya gözəldir, yoxsa sən?.

 

Bəlkə Leyladən gözəlsən hüsndə, yarım, vəli,

Sidqü-eşq içrə görən Leyla gözəldir, yoxsa sən?.

 

Ey bənü-adəm, sənin simanda Allah ismi var,

İndi, bir gör səndəki sima gözəldir, yoxsa sən?!.

 

Ey Firavun, gör necə qəlbin möhürlənmiş sənin,

Həqqə gəl, Həqq ilə gör, Musa gözəldir, yoxsa sən?.

 

Gəl demə, kimdir gözəl? – xalqın gözü ilə baxaq,

Varsa gər, ol gözləri şəhla gözəldir, yoxsa, sən.

 

Növrəsa! Rəbbin sənə gör bir nə cür surət verib,

Bilməyirsən hiç özün ayna gözəldir, yoxsa sən?!.

canderyasi.com


more post like this