386. Ayişə rəvayət edir: «Allahın Rəsulu (s) evlərin içində məscid inşa etməyi‚ məscidləri təmiz saxlamağı və onlara ətir vurmağı əmr etdi.»

387. Ürvə ibn Zübeyr Peyğəmbərin səhabələrindən birinin vasitəsilə rəvayət edir: Allahın Rəsulu (s) həmişə bizə öz evlərimizin içində məscid tikməyi və onları təmiz saxlamağı məsləhət görərdi.

388. Ənsardan olan bir kişi gözlərinin nurunu itirdikdən sonra Peyğəmbərə (s) belə bir məzmunda xəbər göndərdi: Mənim evimə gəl və burada mənə namaz qılmaq üçün bir yer müəyyən et.

Peyğəmbər (s) oraya gedib‚ beləcə də etdi.

389. Ütban ibn Malik rəvayət edir: «Ey Allahın Rəsulu (s)! Sel mənimlə məscidim arasında fasilə salıb. İstəyim budur ki‚ mənim evimə gəlib‚ burada namaz qılasan və sizin namaz qıldığınız yeri özüm üçün namazxana seçim». Peyğəmbər (s) buyurdu: «Tezliklə gəlib (istədiyini yerinə yetirəcəyəm) belə edəcəyəm».

Allahın Rəsulu (s) (onun evinə gedib) buyurdu: «Harada namaz qılmağımı istəyirsən?» Mən evin bir küncünə işarə etdim. Peyğəmbər ayağa qalxdı və biz də O Həzrətin (s) arxasında sıraya düzüldük. O Həzrət (s) bizimlə birlikdə iki rəkət namaz qıldı.»

390. İmam Sadiq (ə): «Həzrət Əlinin (ə) bir otağı var idi ki‚ orada, yalnız bir xalça‚ bir qılınc və bir Quran mövcud idi. Orada namaz qılardı (Bəzən də orada günün yarısını istirahət edərdi).»

391. İmam Sadiq (ə): «Həzrət Əli (ə) evində, gecənin sonunda istədiyi zaman namaz qılmaq üçün bir otaq ayırmışdı. Onunla olmasından sıxılmayan bir uşağı da özü ilə birlikdə oraya aparıb‚ namazla məşğul olardı.

392. Məsmə rəvayət edir: «İmam Sadiq (ə) mənə belə bir məzmunda məktub yazdı: «İstəyirəm ki‚ (evinin) otaqlarından birini məscid edəsən və sonra da iki köhnə paltar geyib‚ Allah-Təaladan, səni cəhənnəm atəşindən nicat verməsini‚ Behiştə aparmasını və heç bir batil‚ günah söz dilinə gətirməməyini istəyəsən.»

393. Əbu Carud rəvayət edir: İmam Baqirdən (ə) evin içində yerləşən namazxananın yerini dəyişmək və ya başqa otaqları genişləndirmək məqsədilə onun bir hissəsini ayırıb‚ o biri otaqlara qoşmağın caiz olub-olmaması haqqında soruşdum. Buyurdu (ə): Olar.

 

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this