Sual: 47. Ev almaq üçün banka qoyulmuş və bir neçə il bankda qalmış pula xüms düşürmü?

Cavab: İmam (r), Xamenei, Sistani, Təbrizi, Məkarim və Vəhid: Bəli, xüms düşür.

Fazil, Behcət və Nuri: Əgər ehtiyaclı olduğu evi almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yığılmış pula xüms düşmür.

Safi: Hal-hazırda evə ehtiyacı olsa, ev onun şəninə uyğun olarsa və başqa heç bir yolu olmazsa yığılan pula xüms düşmür.

Qeyd: Qeyd olunmuş pula xüms düşmədiyinə etiqadı olan mərcələr buyururlar: Gələcəkdə ev alınmasına sərf olmazsa bu pulun xümsü verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this