1. E’tikaf müstəhəb əməllərdəndir. Amma bu əməl nəzir və bu kimi yollarla vacib olur. E’tikafda ibadət məqsədi şərtdir.
2. E’tikaf 3 gündən çox da çəkə bilər. Amma iki gün artırsalar, 3-cü günü də əlavə etsinlər. (Vacib ehtiyata əsasən)
3. E’tikaf ibadəti came məscidində yerinə yetirilməlidir. Came məscidi dedikdə şəhərin müxtəlif zümrələrinin iştirak etdiyi məscid nəzərdə tutulur. Məhəl və bazar məscidi isə belə deyil.
4. Bilərəkdən məsciddən çıxdıqda e’tikaf ibadəti pozulur. E’tikaf edən şəxs unutqanlıqdan məsciddən çıxarsa, ehtiyata əsasən e’tikafı pozulmuşdur.
5. Qadınlar da e’tikaf saxlaya bilər. Amma vacib ehtiyat budur ki, ərlərindən icazə alsınlar.
6. Başqası üçün e’tikaf saxladıqda ehtiyat budur ki, hədiyyə məqsədi olsun. Bu məqsədlə həm diri, həm də ölü üçün e’tikaf etmək olar. Demək, bir neçə nəfər üçün də bu işi görmək mümkündür.
7. E’tikafda xüsusi oruc tutmaq zəruri deyil. Mübarək ramazan ayının orucunu və ya qəza orucu tutmaq olar. Amma muzdla oruc tutmaq iradlıdır.
8. Müstəhəb e’tikafı ilk iki gündə pozmaq olar. Amma 3-cü gün pozmaq caiz deyil.
9. E’tikaf ibadəti bir məsciddə yerinə yetirilsə, daha yaxşıdır. Amma bir-birinə bitişik iki məsciddə də e’tikaf saxlamaq olar.
10. Bir yerin məsciddən olub-olmadığı şübhəlidirsə və zahirən bu məhəlin məscid olması bilinmirsə, e’tikaf düzgün deyil.
11. Qadınlar da yalnız məsciddə e’tikaf saxlaya bilər.
12. Yaxşını pisdən seçən uşaqlar da e’tikaf edə bilər.
13. Aşağıdakı hallarda e’tikaf saxlayan şəxs məsciddən xaric ola bilər:
a) Şər’i və ürfi zəruri bir işə görə. Məsələn, ayaqyoluna getmək və ya zəruri qüsl etmək üçün.
b) Məhkəmədə şahidlik, cümə namazı, dəfn, xəstəni yoxlamaq üçün məsciddən çıxmaq olar. Amma hər müstəhəb iş üçün caiz deyil.
14. E’tikaf zamanı qəsbi xalça üzərində əyləşmək e’tikafı batil etmir. Ehtiyata əsasən, qəsbi xalça qəsbi yerdən fərqlənir.
15. E’tikafda niyyətin başlanğıcında şərt qoymaq olar ki, ürfi və şər’i üzür yaranarsa, e’tikaf dayandırılacaq. Bu halda üzür yaranarsa, hətta 3-cü gün e’tikafı pozmaq olar.
16. Tam 3-gündən az e’tikaf düzgün deyil. Gün dedikdə fəcr tülusundan günəşin qürubunadək olan vaxt nəzərdə tutulur.
17. Məscidin şəbistanında, sərdabədə, məscidin həyətində e’tikaf caizdir. Bir şərtlə ki, məscid həyətinin məscidə aid olmadığı sübuta yetməsin və zahirən mə’lum olmasın.
18. E’tikafda beş şey haramdır:
a) Zövcədən ləzzət almaq. İstər yaxınlıq, ehtiyata əsasən, istər toxunmaq vasitəsi ilə.
b) İstimna. Ehtiyata əsasən, zövcə vasitəsi ilə halal istimna olsa belə.
c) Ləzzət məqsədi olmasa belə ətir və xoş qoxuları iyləmək.
ç) Alış-veriş, hətta mütləq ticarət. Ehtiyata əsasən zərurət olmadıqda. Amma tikiş kimi halal dünyəvi işlərlə məşğul olmaq mümkündür.
d) Qələbə, üstünlüyü göstərmək məqsədi ilə dini və dünyəvi mövzularda höcətləşmək. Bu işin gündüz və ya gecə baş verməsinin fərqi yoxdur.
19. E’tikaf edən şəxs dünyəvi işlər görüb mütaliə edə bilər. Amma bu qəbil işlərdən uzaqlıq və ibadətə diqqət daha yaxşıdır.
20. Əgər e’tikaf edən şəxs qeyd olunan yollardan biri ilə e’tikafını batil etsə, e’tikaf vacib olmuşsa, qəzasını yerinə yetirməlidir. Əgər qeyri-müəyyən vacibsə və 3-cü gün pozulmuşsa, yenə qəzası yerinə yetirilməlidir. 1-ci və 2-ci gündə baş verdikdə qəzası vacib deyil. E’tikafın qəzasını dərhal yerinə yetirmək vacib deyil.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi


more post like this