Tibb elminə görə, emosiyalar kimyəvi təsirə malikdir. Yəni çəkdiyimiz iztirablar, qorxu və həyacan hisləri orqanizmə böyük mənfi təsirlər qoyur. Şibhəsiz ki, tam olaraq heç kəs bu mənfi fikirlərdən amanda deyil. Amma bunun minimuma enməsi üçün çalışmaq lazımdır. Buna görə də yalnız və yalnız Allaha güvənmək , çətin analrda onu xatırlamaq, ona təvəkkül etmək lazımdır. Allaha müşküllərin böyüklüyündən şikayət etmək əvəzinə, müşküllərə Allahın nə qədər böyük olmasını bildirmək lazımdır. Bu hissi ozümüzdə yaratdığımız halda əksər çətinliklərimiz həllini tapacaq və yersiz fikir etmələrdən xilas olacağıq.
2. Bədgümanlığın ziyanlarından biri də onun bir növ qəlb qeybəti olmasıdır. Əxlaq alimləri onu qəlb qeybətinin nümunələrindən biri hesab etmişlər. Əgər biri öz qəlbində müsəlman qardaşına qarşı bədgüman olarsa, ürəyində onun qeybətini etmiş olur. “Günah və onun pis təsirləri” mövzusunda qeyd etdiyimiz kimi, müqəddəs dinimizdə günahı qadağan etməkdən əlavə günahı fikirləşmək də bəyənilməmişdir. Əmirəlmöminin Əli(ə) demişdir: “Kim günahı çox fikirləşərsə (xəyalında günahı canlandırarsa), günah onu özünə tərəf çəkər”.
Çünki günahı fikirləşmək insanın ruhunun səfasını əldən verməsinə səbəb olur. Bədgümanlıq da belədir. Əgər biri öz din qardaşına qarşı bədgüman olarsa və ürəyində elə bu fikirdə də qalarsa, onun bədgümanlığının sonu qəlb qeybəti ilə bitəcəkdir. Əxlaq alimləri bunu “üqdül-qəlb” adlandırmışlar. “Üqdül-qəlb” dil qeybəti, töhmət, sözgəzdirmə və başqa günahların müqəddiməsidir.(Etrafli melumat uçun “Haqq Yolu” kitabxanasinin exlaq bolumunde yerleşdirilmiş Ayətullah Məhəmmədrza Məhdəvi Kəninin “İslamda Əxlaq 1 ” kitabinin 8-i fesline muraciet edin.) NUR-AZ.COM


more post like this