Hər bir qadın ailəsi üçün ləzzətli bir şey bişirməyi çox sevir. Ancaq olur ki, o, bir dəqiqəliyə mətbəxdən aralanır: ya rəfiqəsi zəng vurur, ya uşaq çağırır, ya televizorda maraqlı veriliş başlayır… Qayıdanda gözlərinə inanmır, sevimli qazanı yanmışdır. Nə etməli? Qətiyyən hay-küy salmaq lazım deyil. Çünki emal qazanı təmizləmək üçün bir neçə üsul vardır:
• Əvvəlcə yanmış xörəyi qazandan boşaldın və qazan soyumamış ona soyuqsu
tökməyin.(Çünki kəskin temperatur dəyişməsi nəticəsində emal çatlayır).
• Qazanı isti su və sabunla yuyun.
• Emal qazanı yanmış yeməkdən təmizləyərkən soda və ya xüsusi yuyucu vasitədən istifadə edin. Əsla metal şotkadan istifadə etməyin. Axı siz onun tez sıradan çıxmasını istəmirsiniz!
Emal qazanı təmizləmək üçün başqa bir üsul:
• Qazana su tökəndən sonra oraya 1 qaşıq yuyucutoz, yaxud soda əlavə edin və iki saat gözləyin. Bundan sonra qazan asanlıqla yuyulacaq.
• Xoşagəlməz yanıq iyini yox etmək üçün qazanı nəm parça və ya dəsmal ilə örtün ki, qoxu ona hopsun.
Emal qazanı təmizləmək üçün daha bir üsul:
• Qaynar məhlul hazırlayıb (1 litr suya 25 qram paltar sodası), onunla qazanı yuyun, sonra onu yaxşıca yaxalayaraq qurulayın.
Artıq siz yanmış emal qazanı necə təmizləməyi öyrəndiniz. Verdiyimiz məsləhətlərdən ürəyinizə yatanını seçib, istifadə edin.Əlbəttə, yemək yanmasa, daha yaxşı olar. Ancaq əgər bu baş verərsə, nə etmək lazım olduğunu atrıq öyrəndiniz.
Sonda daha bir neçə məsləhət:
1) Təzə aldığınız emal qazanı ağzına kimi su ilə doldurub, qaynamağa qoyun. Su qaynadıqdan sonra qazanı odun üstündən götürün və su soyuyana qədər onu boşaltmayın. Bu üsul qazanın emalını möhkəmləndirir.
2) Emal qazanı istifadə edən kimi yuyun.
3) Qazanın içi tündləşibsə, onda turş alma qabığı qaynadın.
4) Emalı çatlamış (düşmüş) qazanda yemək hazırlamayın. Bu sağlamlığınız üçün zərərlidir.
5) Qızmış plitəyə boş qazanı qoymayın. Temperatur dəyişməsindən emal çat-çat olur. Eyni zamanda qaynar qazanı yaş, yaxud soyuq yerə qoymayın.
Emal qazanı təmizləmək və ona necə qulluq etmək haqdakı məsləhətlərimizdən istifadə etsəniz, qazanınız həmişə təzə qalacaq və parıltısını itirməyəcəkdir.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this