Sual: 44. Püşk məqsədi ilə bankda toplanmış pulun xümsü varmı?

Cavab: Bütün müctəhidlərin rəyi: İş qazancı ilə hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.

Qeyd: Hədiyyəyə xüms düşməsi etiqadında olan şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da ilin sonunda ehtiyat pulun xümsü verilməlidir.

Sual: 45. Zəruri yaşayış vasitələrinin alınması üçün saxlanılmış pula xüms düşürmü?

Cavab: İmam (r), Təbrizi, Sistani, Məkarim və Vəhid: Bir il ötdükdən sonra xüms düşür.

Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu hazırlamaq bir neçə il ehtiyat pulu yığmadan mümkün deyilsə, xüms düşmür.

Xamenei: Əgər ehtiyaclı olduğu vasitələri yaxın gələcəkdə (məsələn, xüms ilindən “3” ay sonraya qədər) hazırlamaq üçün ehtiyat pul yığıbsa və xüms vermək bu işin qarşısını alırsa, xüms düşmür.

Nuri: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyacı olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.

Fazil və Behcət: Ehtiyat pulu yığmadan gələcəkdə ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn “3” ilə qədər) yığılan ehtiyat pula xüms düşmür.

Qeyd: Əgər ehtiyat pulu gələcəkdə ehtiyaclı olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir.

Sual: 46. Əgər qənaət edib (gəlirimizin bir hissəsini) ehtiyat pul yığsaq, onun xümsünü verməliyikmi?

Cavab: Bütün müctəhidlərin rəyi: Bəli, əgər bir il keçərsə xüms verilməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this