Məsələ 1. Dəli mükəlləf deyildir və ona ehram geyinmək vacib deyildir. Əgər ehramsız Məkkəyə daxil olsa, eybi yoxdur.
Məsələ 2. Həcc əməllərini yerinə yetirən bir şəxs əgər təlbiyəni səhv desə, əməlləri səhih deyildir. Amma əgər qəsdən səhv deməmişdirsə, unudaraq və ya bilməməzlik üzündən olmuşdursa, əməlinin səhih olma ehtimalı vardır.
Məsələ 3. Əgər bir şəxs təlbiyəni səhv desə və iki vüqufu yerinə yetirdikdən sonra, hələ həcc əməllərini tamamlamadan qabaq ehramının səhih olmadığını başa düşsə və yaxud səhvini düzəltdiyi vaxtdan sonra başa düşsə, əməlinin səhih olma ehtimalı vardır. Amma vacib ehtiyata əsasən, bu həcclə kifayətlənməməlidir.


more post like this