Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. “Ali-İmran” surəsinin 185-ci ayəsində buyurulur: “Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” Başqabir ayədə oxuyuruq: “Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü? (“Ənam, 32) “Hədid” surəsinin 20-ci ayəsində isə belə buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil”
Həzrət Əli (ə) buyurur: “Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür”; “Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar.”
Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə” kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanların müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfs istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.
“Ali İmran” surəsinin 145-ci ayəsində buyurulur: “Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik”.
Başqa bir ayədə oxuyuruq: “Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir”(kəşf, 46).


more post like this