Cavab: Bu ayədə [4076] və buna oxşar digər ayələrdə [4077] korluqdan məqsəd, dünyadakı cismani korluq deyil. Məqsəd budur ki, insan bilərəkdən özünü korluğa vura. Yəni Allahın vücudunun, Peyğəmbər (s)- in və Allahın vəlisinin (ə) haqq olmasının cilvələrini görməsinə və haqq və həqiqətə yetişməsinə baxmayaraq, qəlbdən onlara inanmır. Elə bil onun gözü heç vaxt bu əsər və kəramətləri görməmişdir. O dini məsələlərlə elə qarşılaşır ki, elə bil və onları görüb və nə də onları eşidirlər. Ona görə də haqqı deməkdən və onu təsdiqləməkdən çəkinir və Quran ayəsilə (bilərəkdən) kor, kar və laldır.
Axirətdə cəzaların çoxu, əməllərin cisimlənməsi formasındadır, onun ürəyinin korluğu, onun zahirində görsənəcək və onun əzab və işkəncəsinə səbəb olacaq. Məhşərdə ilahi nişanələr və möminlər cilvələnən zaman, o kor olacaq və haqqın gözəl camalını, möminlərin nurani simalarını və behişt nemətlərini görə bilməyəcək və behiştə doğru yol tapa bilməyəcəkdir. Amma cəhənnəmə daxil olandan sonra, əzabının çoxalması üçün, əzab içində olan cəhənnəm əhlini və müxtəlif əzabları görmək üçün, gözü açılacaq. Necə ki, dünyada da belə idi, öz gözünü haq və həqiqətlər qarşısında bağlayar və batil, dünya və dünya əhlinə açardı.
Deməli, onun dərk etmə qabiliyyəti ondan alınmır, əksinə qiyamətdə hamının dərk etmə qüvvəsi, ən yüksək dərəcəyə yetişəcək və hamı Allahın vücudu, vəhy, mələk, behişt və cəhənnəm və sair kimi olan qeybi işlərdə, eynül- yəqinə yetişəcəklər və heç bir şəxs bu cür işlərdə şəkk və inkar edə bilməyəcək.
[4076] “و من كان فى هذه اعمى فهو فى الآخرة اعمى و اضلُّ سبيلا” Kim bu dünyada kor olsa, axirətdə də kor və yolunu daha da azacaq.”İsra surəsi, ayə 72
[4077] “و نحشره يوم القيامة اعمى، قال رب لم حشرتنى اعمى و قدكنت بصيرا” Taha surəsi, ayə 124- 125

NUR-AZ.COM

________________________________________


more post like this