Bütün dinlər bu əqidədir ki, dünyanın sonunda Xilaskar gələcək və zülmə son verəcəkdir. Bəşəri səadətə tərəf hidayət edəcəkdir. Bu xilaskarın hər bir dində bir adı vardır. (Tebyan)

 

Quran-Kərim.

Qurani-Kərim – İslam dininin ən mühüm mənbəyidir. “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55).

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir gün gələcəkdir ki, zalımların və münafiqlərin zillət və xarlıq əhdidir. Möminlərin izzət və ibadət günü isə Məhdinin (ə.f) zühur etdiyi gündür”.

İmam Baqir (ə) yuxarıdakı ayənin təfsiri haqqında buyurur: “Bu ayə – Qaimin (ə.f) qiyamına işarədir”.

Quran buyurur: “Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz Yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır». (“Əraf” 128).

“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət İmamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).

İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “Onlar axəril-zamanda Məhdinin (ə.f) səhabələridir”.

 

Tövrat.

“Allaha təvəkkül edənlər yerin varisi olacaqlar. Bir müddət keçməmiş şər olmayacaqdır. Müdriklər yerin varisləridir”.

“Allahım, əhkam və dinini Öz ədalətinlə mələkzadəyə əta et ki, insanları Sənin ədalətinə hökm etsin. Dənizdən-dənizə, bulaqdan okeana tərəf sultanlıq etsin. Səhrada yaşayanlar qarşında əyilərlər. Düşmənləri torpağı öpəcəklər. Bütün millətlər ona bəndəlik edəcəkdir. Bu Zulcəlalın adı mübarək olsun və bütün torpaq cəlalından dolar”.

 

İncil.

“O zaman ki, şərqdən qar yağar və məğribə qədər zahir olar. İnsan övladının gəlişi də belə olacaqdır. Görəcəksiniz ki, insan övladı böyük qüdrət və cəlalla gələcək və mələklər öz dostlarını göndərəcək yüksək səslə sur çalacaq və onlar da seçilmişlərini toplayacaqdır”.

“Bellərini bağlayar və çıraqlarını yandırarlar. Siz o kəslər kimisiniz ki, ağanızın intizarını çəkirsiniz. Nə zaman gəlsə və qapını döysə, dua edin. Çünki bilmirsiniz ki, o vaxt nə zamandır. Çünki bilmirsiniz ki, ev sahibi nə zaman gələcəkdir. Axşam və ya gecə yarısı və ya səhər”.

 

Zərdüşt.

“O zaman ki, İzidan tərəfindən böyük bir qələbə gələcəkdir, bəni-Adəm xoşbəxtliyə əyləşəcəkdir”.

“Bir kişi gələcək ki, Haşim övladlarındandır, cəddinin dinində olacaqdır. Böyük bir ordu ilə İrana qədəm basacaq və abadlıq edəcəkdir”.

Allah Təala bizləri Həzrətin (ə.f) zühurunu tezləşdirənlərdən qərar versin.

 

/Deyerler.org/

 

http://sualcavab.ge

 

 

 

 

ign: �\;eX�+ ��+ :14.2pt;line-height:normal;direction:ltr;unicode-bidi:embed’>

 

İnsan ruhu əgər nuraniliyə malik olarsa, mənəvi və batini təharət əldə edərsə, görüş imkanı yaranar. Əgər insan o Həzrət (ə.f.) ilə görüşün həsrətində olarsa, əməldə də sadiq olarsa, bu cür insan mümkündür ki, ya oyaq vaxtı, ya da yuxuda İmam Zaman ağa (ə.f.) ilə görüşsün. O Həzrət (ə.f.) həmin insana diqqət etsin.

 

Həzrət (ə.f.) ilə rabitə iki cür mümkündür:

 

Ruhi rabitə. İnsan ruhi cəhətdən hiss edər ki, Həzrətə (ə.f.) yaxınlaşmışdır. Bu məsələnin iki əsasa ehtiyacı vardır:

 

1. Həzrət (ə.f.) haqqında daha çox və daha dərin biliyə malik olmaq.

 

2. Dini vəzifələrə əməl etmək. Xüsusilə vacibatlara əməl etmək və haramları tərk etmək.

Bu iki əsasın yanında insan gərək İmamı (ə.f.) daima yada salsın, İmamın (ə.f.) salamatlığı üçün dua etsin.

 

Qeyb zamanında İmamı (ə.f.) adi halda görmək mümkün deyildir. Ancaq insanlar arasında belə bir söz gəzir ki, 40 gün dalbadal Cəmkərana getməklə bunu etmək mümkündür. Lakin belə görünür ki, dini hökmlərə əməl etmək və o Həzrətə (ə.f.) təvəssül etmək daha yaxşı bir yoldur. Onu da bilmək lazımdır ki, əgər məsləhət deyilsə, bu görüş alınmayacaqdır.

 

 

http://sualcavab.ge

 

 

 


more post like this