Ölümdən  sonrakı həyat

İslamda və bütün səmavi dinlərdə Axirət,ölümdən sonrakı aləmə deyilir.Bu aləmdə hamı öz əməllərinin savab və əzabını alacaqdır və orada əbədi bir həyat olacaqdır.

Ölümdən sonrakı dünyaya iman

Bərzəx,qiyamət,həşr və nəşr,sirat,hesab,behişt və cəhənnəm kimi məfhumların hamısı birlikdə axirət adlanır.Belə bir aləmə iman gətirmək dinin ilk üsullarından sayılır.Məad axirətin başqa bir adıdır ki “ruhun bədənə yenidən qayıtması və qiyamətdə də o bədənlə dirilməsi” anlamını verir.

Azğınlıq

İslamın,Quranda və mötəbər rəvayətlərdə bəyan etdiyi ölümdən sonrakı həyatı inkar etmək küfr sayılır.Bu aləmi inkar edən və ya onda tərəddüd edən hər kəs Allahın yeganəliyinə imanı olsa belə,kafir və dinsiz hesab olunur.
یا ایها الذین آمنوا امنوا بالله و رسوله و الکتب الذی نزل علی رسوله و کتب الذی انزل من قبل و من یکفر بالله و ملائکه و کتبه و رسله و الیوم آخر فقد ضل ضلالا بعیدا
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır. “(Nisa sürəsi 136-cı ayə)

Dünya axirətin tarlasıdır

İslam təlimlərində Dünyanın əsl hədəf və qərəzi,axirət yurduna hazırlıq və o aləmdə səadətə qovuşmaqdır.Dünya bütün xüsusiyyətləri ilə bir tarla rolunu oynayır.Bu dünya orada saleh əməl əkmək və o əməli həqiqi aləm üçün saxlamaq üçündür.Quranın nəzərində dünya imtahan və sınaq yeridir.Hər kəs bu dünya da nə əməl etsə axirətdə onun savab və ya əzabını görəcəkdir.Qurani Kərimdə axirət əbədiyyət evi, dünya isə fanilik evi olaraq yad edilir.
یا قوم انما هذه الحیاه الدنیا متاع وان الاخره هی دار القرار
“Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!”(Ğafir sürəsi 39-cu ayə)

Quran ayələrində axirət yurduna qəlb verib,dünyaya isə rəğbətsiz olmaq tövsiyə olunubdur.Axirət yurdunun iman əhli üçün dünya evindən daha yaxşı olduğunu bildirir.
قل متاع الدنیا قلیل و الاخره خیر لمن اتقی
“Onlara söylə: ‘Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir.” (Nisa sürəsi 77-ci ayə)

Dünya səadəti nədədir?

Quran həqiqi səadəti,axirəti abad etməkdə görür və bu isə Allahın dediklərinə iman gətirməkdən və saleh əməllər etməkdən savayı bir yolla ələ gəlməz.
اما الذین امنو و عملو الصالحات فلهم جنت الماوی نزلا بما کانوا یعملون
“İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir.”(Səcdə sürəsi 19-cu ayə)

İslami rəvayətlərdə də axirət haqqında danışılaraq ona böyük bir əhəmiyyət verilmişdir.İslam peyğəmbəri bu barədə belə buyurur:
یا عجبا کل العجب للمصدق بدار الحیوان و هو سعی الدار الغرور
“Nə qədər təəccüblüdür o kəs ki,axirət aləminə inanır,ancaq aldadıcı dünya üçün çalışır.” (Darul-Mənsur cild 6 səhifə 476)

Axirət yurdunu yad etmək və onu düşünməyin xüsusiyyətlərindən biri , günaha daha az mürtəkib olmaqdır.Çünki hər həs etdiyi əməlin qarşılığını alacağını bilsə daha çox ehtiyatlı olar.İmam Əli (ı) buyurub:
من اکثر من ذکر الاخره قلت معصیته
“Hər kəs axirəti çox yada salsa,günahı azalar.” (Ğürərül-Hikəm,cild 9,səhifə 876)

İman əhli dünyanı həmişə axirət üçün istəyir və dünyadan axirət üçün istifadə edir.İmam Əli (ə) buyurur:
انما الدنیا دار مجاز و الاخره دار قرار فخذوامن ممرکم لمقرکم
“Dünya keçid yurdu və axirət isə qalmaq yurdudur.Dünya keçidindən keçdikdən sonra axirətdə qalmaq üçün özünə azuqə yığ.” (Nəhcül-Bəlağə 203-cü xütbə)

Mənbələr

1.Qurani Kərim
2.Ğürərül-Hikəm,(Amədi)
3.Durrul-Mənsur,(Süyuti)
4.Nəhcül-Bəlağə (seyyid Rəzi)
5.Təshihul-Etiqat (Şeyx Mufid)


more post like this