(Tebyan saytına istinadən)

İslami ayə və hədislərdə dostluq mövzusuna çox işarə edilmişdir. Onların bir hissəsi insanın bu dünyadakı dostluğunun Qiyamətə təsirindən bəhs edir. Bu hədislərdə deyilir: “İnsan hər nəyi sevirsə və ona mehr göstərirsə, onunla məhşur olar. İstər ən sevimli və ya ən müqəddəs xilqət olsun, yəni Əhli-beyt (ə) olsun, istərsə də dəyərsiz daş-qaş olsun”.

İmam Əli (ə) buyurur: “Hər kim bizi sevərsə, Qiyamətdə bizimlə olacaqdır. Əgər kimsə daşı sevərsə, şübhəsiz Allah onu həmin şeylə məhşur edər”.

 

İnsanın sevdikləri ilə Qiyamət günü məhşur olmasının səbəbi odur ki, insan sevdiyi şeyi öz hədəfi qərar verir. Bu hədəf nəticəsində insanın ruhu ona çevrilir. Təbiidir ki, pak insanlara bəslənilən məhəbbət insanın bütün varlığına təsir qoyur. İslam tarixində də bu mövzunun nümunələrinə rast gəlmək olur. “Bir gün Peyğəmbərin (s) nökəri Suban o Həzrətə (s) deyir: Ey Rəsulallah! Anam və atam sənə fəda olsun. Qiyamət nə vaxt olacaqdır?” Peyğəmbər (s) buyurur: “Həmin gün üçün və səndən sual edilən gün üçün nə hazırlığın vardır?” Deyir: “Ya Rəsulallah! Çox sayda əməlim yoxdur. Ancaq Allahı və onun Peyğəmbərini (s) sevirəm”. Həzrət (s) buyurur: “Sənin Allahın Rəsulu ilə dostluğun hansı həddədir?” Deyir: “Səni haqq olaraq məbus edən Allaha and olsun ki, sənin məhəbbətin mənim qəlbimdə o həddədir ki, əgər məni qılıncla tikə-tikə etsələr, qayçı ilə xırda-xırda doğrasalar, odda yandırsalar, dəyirman daşının altında əzsələr – mənim üçün daha asandır. Nəinki sizə və ya Əhli-beytdən (ə) birinə və ya tərəfdaşlarınıza qarşı qəlbimdə kin bəsləyəm. Sizdən sonra mənim yanımda Allahın ən sevimli bəndəsi o kəsdir ki, sizinlə dostluqda başqalarından qabağa düşər. Həmçinin mənim yanımda ən nifrət etdiyim kəs o kəsdir ki, sizi və ya sizin tərəfdaşlarınızdan birini düşmən hesab edər. Bu mənim sizə olan dostluğumun həddidir. Əgər məndən qəbul olunarsa, şübhəsiz əməlisalehlərdən olaram. Əgər Allah bundan qeyri bir əməli istəyirsə, elə bir əməli tanımıram ki, ona etiqad bəsləyəm”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Sənə müjdə olsun! Şübhəsiz ki, Qiyamət günü hər bir insan o kəslə bir yerdə olar ki, onu sevir. Ey Suban! Əgər yerlə göy arası sənin günahınla dolu olarsa, bu dostluq nəticəsində onlar məhv olar. Günəşin nur saçdığı saf daşın üzərində nurun məhv olmasından da tez bir zamanda məhv olar”.

 

Şübhəsiz ki, bu hədis əməlsiz dostluğu nəzərdə tutmur. Çünki Quran dəfələrlə behiştə girmək meyarının iman və saleh əməl olduğunu vurğulayır. Subanın əməlsiz dostluq dedikdə məqsədi Allah dərgahında layiqli bir əməlin olmaması idi.

 

Bir gün Peyğəmbər (s) Subanla qarşılaşır və görür ki, rəngi qaçmışdır. Çox arıq və zəif olmuşdur. Ondan soruşur: “Suban! Niyə rəngin dəyişib və bu qədər zəif olmusan?” Deyir: “Ey Allahın Rəsulu! Heç bir dərdim və narahatlığım yoxdur. Ancaq o zaman ki, sizi xatırlayıram, ruhumda bir tufan əmələ gəlir. Daxilimdə qaynayan bir dalğa hiss edirəm. Gücüm əldən gedir. Təzəlikdə bir fikir məni narahat edir. Mən fikirləşirəm ki, axirətdə səndən ayrı olacağam. Əgər belə olarsa, mən sizdən ayrılmağıma nə edərəm? Fərz edək ki, behiştə də getdim, mənim məqamım sizin məqamınızdan daha alçaq və aşağıdır. Əgər behiştə getməsəm ki, məlumdur. Sizi heç bir zaman görməyəcəyəm. Bu fikir mənə çox əziyyət verir”. Elə bu zaman bu ayə nazil olur: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69).

 

Sonra Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, mən – canından, ata-anasından, ailə və övladlarından və bütün insanlardan onun üçün sevimli olmayınca, heç bir bəndə iman gətirməz”.

 

Əlbəttə Peyğəmbərə (s) bu sevgini təkcə Suban bəsləmirdi. İslam tarixində çox sayda insanlar olmuşdur ki, Peyğəmbərə (s) bənzəməyə çalışmışdılar. Onun kimi geyinmiş və onun geyindiyi paltarın rəngində geyinmiş, ibadətdə və hətta yemək yeməkdə belə ona bənzəməyə çalışmışdılar.

 

Ona görə də o kəslər ki, qəlblərində Peyğəmbərlə (s) olmağı arzu edirlər, dilləri ilə bunu Allahdan istəyirlər, bilməlidirlər ki, bunun tək yolu – o Həzrətlə (s) və onun pak Əhli-beyti (ə) ilə birlikdə olmaqda və onu ardınca getməkdədir. Məhəbbət vadisindəki bu tellər əgər möhkəmdirsə, həm bu dünyada və həm də axirətdə onlarla bir yerdə olar.

 

Əgər kimsə bu cür müqəddəs dostluq yerinə qəlbini dəyərsiz şeylərə veribdirsə, Qiyamət günü çox təssüflənəcəkdir. Bir daha fayda verməyəcək peşmançılıqla deyəcəkdir: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». (“Furqan” 28).

BİR DİLİN 40 GÜNAHI HANSILARDIR?

İslam Peyğəmbəri (s) buyurur: Allah üçün ən yaxşı əməl dilə nəzarətdir. Adəm övladının çox günahı onun dilindəndir. Əgər insanlar bir şəxsin dilindən qorxarsa, həmin şəxs cəhənnəm əhlidir!..

Rəvayətlərdə dillə bağlı 40 günah sadalanır:

 

1. Bilmədiyini danışmaq

2. Eyb axtarmaq

3. Məsxərəyə, lağa qoymaq

4. Böhtan demək

5. Sirr açmaq

6. Mömini dillə incitmək

7. Yersiz danlaq

8. Yalan

9. Yalan vəd vermək

10. Yalan and içmək

11. Yalandan şahid durmaq

12. Dini mövzuları təhrif etmək

13. Haqsız hökm vermək

14. Xalqı lənətləmək

15. Tənə etmək

16. Qəlb sındırmaq

17. Pis işə dəvət etmək

18. Yaxşı işə mane olmaq

19. Kobud danışmaq

20. Küfr və şirki təsdiq etmək

21. Qeybət etmək

22. Şayiə yaymaq

23. Təhqiramiz danışmaq

24. Pis adla çağırmaq

25. Yaltaqlıq, yağlı dil işlətmək

26. Hiylə ilə danışmaq

27. İfrat zarafat, məzə

28. Dil yarası

29. Hörmətdən salmaq

30. Təkəbbürlə danışmaq

31. Tərz çıxarmaq, yamsılamaq

32. Bidət, dində fantaziya

33. Paxıllığı büruzə vermək

34. Qəzəblə danışmaq

35. Söyüş söymək

36. Xəbərçilik

37. Ümidi qırmaq

38. Naməhrəmlə zarafat

39. İkiüzlü danışmaq

40. Yalandan fəryad çəkmək

http://sualcavab.ge


more post like this