1- İmam Sadiq (ə) buyurur: “Əmirəl-möminin Əli ibni Əbi Talib (ə) buyurmuşdur: “Yer üzərindən Allah-taala dərga-hına yüksələn ən sevimli əməl dua, ən yaxşı ibadət isə zahidlik-dir (dünyaya bağlı olmamaq).” Əli (ə) çox dua edərdi.”[1]

 

2- İmam Sadiq (ə) buyurur: Peyğəmbəri-əkrəm (s) buyur-muşdur: “Dua möminin silahı, dinin sütunu, asimanların və yerin nurudur.”[2]

 

3- Əmirəl-möminin Əli (ə) buyurur: “Dua qurtuluşun açarı, məqsədə çatmaq və nicat xəzinəsidir. Ən yaxşı dua odur ki, pak sinədən və pəhrizkar qəlbdən çıxmış olsun.”[3]

 

4- Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə, düşmənlərdən xilas edib ruzinizi bol edən bir silah göstərimmi?” Dedi-lər: “Əlbəttə ki, istəyirik!” Həzrət buyurdu: “Gecə-gündüz Pərvərdigarın dərgahına dua edin. Çünki, möminin silahı dua-dır.”[4]

 

5- İmam Sadiq (ə) buyurur: Əli (ə) belə buyurmuşdur: “Dua möminin qalxanıdır. Əgər bir qapını çox döysən, mütləq üzünə açılacaqdır.”[5]

 

6- İmam Riza (ə) öz dostlarına buyurdu: “Özünüzü peyğəm-bərlərin silahı ilə təchiz edin!” Soruşdular: “Peyğəmbərlərin silahı nədir?” Buyurdu: “Dua.”

 

7- İmam Sadiq(ə) buyurur: “Dua dəmir nizədən də kəsərli-dir.”

 

187-Cİ AYƏ

 

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ (187)

 

TƏRCÜMƏ:

 

“Oruc tutduğunuz günlərin gecələrində həyat yoldaşınızla cinsi əlaqədə olmağınız halaldır. Onlar sizin, siz də onların li-basısınız (hər biriniz digərinin zinəti və qorunmasına səbəb olur). Allah bilirdi ki, siz özünüzə xəyanət edirdiniz (və qadağan olunan bu işi yerinə yetirirdiniz). Beləliklə də O, tövbənizi qəbul edib sizi bağışladı. İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün qərar verdiyini istəyin. Sübhün ağ sapı (ge-cənin) qara sapından seçilənə qədər yeyib için, sonra orucu gecəyə qə-dər təkmil edin. Məscidlərdə etikaf bağladığınız zaman öz zöv-cələrinizlə yaxınlıq etməyin. Bu, Allahın (təyin etdiyi) hədd-hüduddur, ona yaxın düşməyin. Allah Öz ayələrini camaat üçün bu cür aşkar edir ki, bəlkə təqvalı olalar.”

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ

 

İslam tarixindən məlum olur ki, oruc hökmü nazil olan ilk çağlarda müsəlmanlara, yalnız gecə yatmazdan qabaq çörək yeməyə icazə verilmişdi. Əgər bir kəs o zaman yuxuya gedib vaxt keçəndən sonra yuxudan ayılırdısa, yeyib-içmək ona haram sayılırdı. Həmçinin o dövrlərdə Ramazan ayının həm gecəsi, həm də gündüzündə həyat yoldaşı ilə yaxınlıq etmək qadağan olunmuşdu. Səhabələrdən biri – Mütim ibni Cübeyr fiziki cəhətdən zəif olduğuna baxmayaraq oruc tutur-du. Bir gün iftar zamanı evə daxil oldu. Həyat yoldaşı yemək gətirməyə gedəndə, çox yorğun olduğuna görə onu yuxu tutdu. Ayılanda dedi: “Artıq mənim yemək yeməyə haqqım yoxdur.” Ac-susuz halda yatdı və sabah oruc tutduğu halda (xəndək mühari-bəsində) xəndək qazmağa getdi. İş əsnasında zəiflik və ac-lıq səbəbi ilə huşdan gedib yerə yıxıldı. Peyğəmbər (s) onun başının üstünə gələrkən halını müşahidə etdi, qəlbi riqqətə gəldi.

 

Bundan əlavə, müsəlman cavanlardan bəziləri özlərini saxlaya bilməyib Ramazan ayının gecələri öz həyat yoldaş-ları ilə yaxınlıq edirdilər. Bu zaman yuxarıdakı ayə nazil oldu və müsəlmanlara, Ramazan ayında bütün gecəni yemək-içməyə, öz həyat yoldaşları ilə əlaqədə olmağa icazə verdi.

 

TƏFSİR:

 

ORUC HÖKMÜNÜN ÜMUMİLƏŞDİRİLMƏSİ

 

Ayənin nazil olma səbəbində qeyd olunduğu kimi, isla-mın əvvəllərində həm gecə, həm də gündüzlər həyat yoldaşı ilə yaxınlıq etmək, yuxuladıqdan sonra yeyib-içmək qadağan olunmuşdu. Bu, bəlkə də onları bir növ imtahan etmək və oruc hökmlərini qəbul etmək üçün hazırlamaq məqsədi da-şıyırdı.

 

Oruc və etikaf barəsində dörd islami hökmə şamil olan bu ayə əvvəlcə buyurur: “Oruc tutduğunuz günlərin gecələ-rində həyat yoldaşınızla cinsi əlaqədə olmağınız halaldır.”

 

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ

 

Sonra bu məsələnin səbəbini araşdıraraq buyurur: “Onlar sizin, siz də onların libasısınız (hər biriniz digəri-nin zinəti və qorunmasına səbəb olur).” هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ

 

Libas bir tərəfdən insana isti-soyuq və təhlükəli əşya-ların zərər çatdırmasının qarşısını alır, digər tərəf-dən onun eyiblərini örtür və eyni zamanda insan üçün bir növ zinət və gözəllik sayılır. Ayədəki təşbih məhz bu incə-liklərə işarədir.

 

Ər-arvad bir-birinin əxlaqi pozğunluğa düşməsinin qarşısını alıb eyiblərini örtür, hər biri digərinin zi-nəti hesab olunur və biri digərinin rahatlıq və asayiş va-sitəsi sayılır.

 

Bu təbir kişi və qadın arasında olan mənəvi rabitə-ni, onların bir-birinə bağlılığını, həmçinin bu zəminə-də onların bərabər olmasını tamamilə aydınlaşdırır. Çünki, kişilərin barəsində gələn həmin təbir elə qadın-ların da barəsində gəlmişdir.

 

Sonra Quran bu ilahi qanunun dəyişdirilməsindəki hikmətə işarə edərək buyurur: “Allah-taala bilirdi ki, siz özünüzə xəyanət edirdiniz (və qadağan olunan bu işi yerinə yeti-rirdiniz). Beləliklə də O, tövbənizi qəbul edib sizi bağışladı.”

 

عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ

 

Sizin daha artıq günaha aludə olmamağınız üçün Al-lah Öz rəhmət və lütfü ilə bu hökmü asanlaşdıraraq onun müddətini qısaltdı və məhdudiyyətini aradan qaldırdı:

 

“İndi onlarla yaxınlıq edin və Allahın sizin üçün qərar verdiyini istəyin.” فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ

 

Şübhəsiz, bu əmr vacib mənasında deyil, qadağan olun-muş hökmün götürülməsi deməkdir və üsul alimlərinin nə-zərində, “həzər” ardınca gələn “əmr” adlandırılmışdır ki, bu da həmin işin caiz olduğunu çatdırır.

 

“Vəbtəğu ma kətəbəllahu ləkum” cümləsi göstərir ki, ya-radılış qanunları və insan nəslinin qorunub saxlanması yolundakı hökmün genişləndirilməsi və yüngülləşdiril-məsindən istifadə etmək olmaz.

 

Sonra ikinci hökmü bəyan edərək buyurur: “Sübhün ağ sa-pı (gecənin) qara sapından seçilənə qədər yeyib için, sonra orucu gecəyə qədər təkmil edin.”

 

وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ

 

Beləliklə müsəlmanlara bütün gecə boyu yeməli və içmə-li şeylərdən istifadə etməyə icazə verildi. Amma onlar sübh açılandan gün batana qədər oruc tutmalı idilər. Sonra üçüncü hökmü bəyan edərək buyurur: “Sonra orucu gecəyə qədər təkmil edin.” ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ

 

“Summə ətimmus-siyamə iləl-ləyl” cümləsi Ramazan ayın-da oruc tutan şəxslərin gündüz yeyib-içməsinin, həyat yolda-şı ilə yaxınlıq etməsinin qadağan olunmasına bir daha təkid edir və orucun sübhdən başlayıb gecə sona çatmasını göstərir.

 

Nəhayət dördüncü hökmü belə bəyan edir: “Məscidlərdə etikaf bağladığınız zaman öz zövcələrinizlə yaxınlıq etməyin.”

 

وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ

 

Bu, əvvəlki hökmdən bir növ istisnadır. Çünki müddəti üç gündən ibarət olan etikaf zamanı oruc tutulur, amma bu müddətdə nə gecə, nə də gündüz qadınlarla yaxınlıq etmək ol-maz. Axırda əvvəlki hökmlərə işarə edərək buyurur: “Bu, Al-lahın (təyin etdiyi) hədd-hüduddur, ona yaxın düşməyin.”

 

تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا

 

Çünki sərhədlərə yaxınlaşmaq insanda vəsvəsə yaradır, bəzən sərhəddi aşaraq günaha düşməsinə də səbəb olur. “Al-lah Öz ayələrini camaat üçün bu cür aşkar edir ki, bəlkə təqvalı olalar.” كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

 

İLAHİ HƏDD-HÜDUD

 

Yuxarıdakı ayələrdə oruc və etikaf hökmlərinin bir qismi Allahın təyin etdiyi hədd-hüdud, yəni halal ilə haramın, qadağan olunmuş şeylə icazə verilmiş şeylərin arasındakı hədd-hüdud və sərhəd kimi bəyan olunmuşdur. Ayədə heç də “sərhədlərdən, hədd-hüduddan keçməyin” deyil, “ona yaxın düşməyin” deyə buyurulur, çünki sərhəddə yaxın-laşmaq vəsvəsə yaradır. Bəzən insan şəhvət qüvvəsinin tüğ-yan etməsi nəticəsində və yaxud da müəyyən səhv və xəta ucba-tından həmin sərhədləri keçə bilər. Ona görə də bəzi is-lam qanunlarında insanın günaha düşməsinə səbəb olan yer-lərə getmək qadağan olunmuşdur. İnsanın özü günaha aludə olmasa belə, günah məclislərində iştirak etməsi, yaxud başqalarının daxil ola bilmədiyi gözdəniraq və xəlvət bir yerdə yad qadınla olması və digər məsələləri buna misal gös-tərmək olar.

 

2- ETİKAF

 

Etikaf, əslində uzun müddət bir şeyin yanında həbs olunub qalmaq deməkdir. Şəriət terminologiyasında eti-kaf ən azı 3 gün ibadət məqsədilə məscidlərdə qalmağa deyi-lir. Onun şərtlərindən biri oruc tutmaq, bəzi maddi ləz-zətləri tərk etməkdir. Bu ibadət ruhun saflaşdırılma-sında, Pərvərdigara diqqət yetirilməsində çox dərin təsir-lərə malikdir. Onun qayda-qanunları və şərtləri fiqhi ki-tablarda ətraflı şəkildə qeyd olunmuşdur. Əlbəttə, bu iba-dət müstəhəb əməllərdəndir. Bəzi müstəsna hallarda isə va-cib şəklinə düşür. Qeyd olunan ayə onun şərtlərindən yal-nız birinə – qadınlarla istər gecə, istərsə də gündüz yaxın-lıq etməyin qadağan olunmasına işarə edir.

 

3- SÜBHÜN AÇILMASI

 

“Fəcr” lüğətdə “yarılmaq” deməkdir. Sübhün açılmasına fəcr deyilməsinin səbəbi budur ki, gecənin qaranlıq pərdə-si sübhün ilk ağartısı ilə yarılır.

 

Bəhs olunan ayələrdə bu ifadə “hətta yətəbəyyənə ləku-mul-xəytul-əbyəzu” kimi gəlmişdir. Bu barədə belə bir hədis nəql olunmuşdur: Ədi ibni Hatəm Peyğəmbər (s)-in hüzuruna gəlib ərz etdi: “Mən orucun vaxtını müəyyən etmək üçün qar-şıma ağ və qara ip qoyub onlara baxırdım. Peyğəmbər (s) bu sözü eşidərkən elə təbəssüm etdi ki, mübarək dişləri gö-ründü. Sonra buyurdu: “Ey Hatəmin oğlu, ağ sapdan məqsəd orucun vacib olma zamanını göstərən sübhün qaranlıq gecə üfüqünə da-xil olmasıdır.”[6]

 

Diqqət yetirmək lazımdır ki, bu təbir başqa bir məsə-ləni də aydınlaşdırır. O da sadiq (həqiqi) sübhün kazib (yalançı) sübhdən ayırd edilməsidir. Çünki, gecənin sonun-da əvvəlcə asimanda şaquli vəziyyətdə azacıq bir ağartı yara-nır ki, onu tülkü quyruğuna oxşadırlar. Bu, yalançı (kazib) sübhdür. Amma ondan bir qədər sonra üfüqi istiqamətdə şəffaf bir ağlıq yaranır və sap kimi gecənin qaranlıq üfüqündə çəkilir. Bu, orucun başlanması və sübh namazı-nın əvvəl vaxtını göstərən sadiq sübhdür ki, onun yalançı sübh ilə heç bir oxşarlığı yoxdur.

 

4- ƏVVƏL DƏ, AXIR DA TƏQVADIR

 

Oruc barəsində olan ilk ayədə oxuduq ki, oruc tutmaqda son məqsəd təqvadır. Həmin təbir eynilə bu ayələrin axırın-da da gəlmişdir. Bu da göstərir ki, bütün bu hökmlər insan-da təqva, pəhrizkarlıq, günahdan uzaq olmaq və Allahın müəy-yən etdiyi vəzifələr qarşısında məsuliyyət hiss etmə ruhu-nu inkişaf etdirmək üçündür.

 

Nurul-Quran – «BƏQƏRƏ» SURƏSININ təfsiri

 

 

 

 


more post like this