islamic mənbələri

    1. home

    2. article

    3. Dözümsüzlük edib fəryad qoparmaq

    Dözümsüzlük edib fəryad qoparmaq

    Dözümsüzlük edib fəryad qoparmaq
    Rate this post

     

    328.Dözümsüzlük edib fəryad qoparmaqdan çəkindirmək

    Quran:

    «Həqiqətən insan çox səbrsiz və dözümsüz yaradılmışdır. Ona bir pislik üz verəndə dözümsüzlük edərək fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsislik edər.»[1]

    Hədis:

    1064.Allahın Peyğəmbəri (s):«Allah iki səsə- müsibət vaxtı qoparılan vay-şivən, şadlıq zamanı isə çal-çağıra- nifrət edir:«[2]

    1065.İmam Əli (ə):«Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o ümidi kəsər, işi zəiflədər və qəm-qüssə gətirər. Bil ki, iki çıxış yolu var:  Ya çətinliyin çarəsi var və onun çarəsini tapmaq lazımdır, ya da ki, çarəsi yoxdur və onda da, səbr etmək lazımdır.»[3]

    1066.İmam Əli (ə):«Dözümsüzlük edərək fəryad qoparmağa səbrlə qalib gəlin. Çünki, dözümsüzlük edərək fəryad qoparmaq əcri aradan aparar və müsibəti daha da böyüdər.»[4]

    1067.İmam Əlinin (ə) Süffeyn döyüşündə ölənlərə görə qadınların fəryad və şivən qoparmalarını eşidərkən buyurduqlarından:«Qadınlarınız eşitdiyim bu ağlaşma səsi ilə sizlərə hakim olub? Nə üçün onların bu nalə və fəryadlarının qarşısını almırsınız?»[5]

    1068.İmam Baqir (ə):«Dözümsüzlüyün ən pisi vay-şivən etmək, başa və sinəyə vurmaq, saçı yolmaqdır. Ağı deyən şəxs səbrliliyi tərk etmişdir.»[6]

    1069.İmam Kazim (ə):«Müsibət səbr edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir.»[7]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     

     



    [1] Məaric, ayə 19-21

    [2] Tuhəful-Uqul, səh.40

    [3] Biharul-Ənvar, c.82, səh.144, hədis 29

    [4] Ğurərul-Hikəm, hədis 2527

    [5] Nəhcül-Bəlağə, hikmət 322

    [6] Müsəkkinul-Fuad, səh.99

    [7] Tuhəful-Uqul, səh.414