Sual: 35. Dövlətin işçilərə nağd pul və qızıl sikkə şəklində verdiyi bayram hədiyyələrinə xüms düşürmü?

Cavab: İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.

Safi, Sistani, Təbrizi, Məkarim və Vəhid: Xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Behcət və Fazil: Xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.

Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.

Qeyd: Mərcələrdən bəzisi dövlətin mükafat və bayram hədiyyələrini gəlir, bəziləri isə hədiyyə hesab edir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this