Bu zaman uşaq özünü unudulmuş hiss edir. O, bu hadisənin doğurduğu Suallara cavab axtarır: Nə üçün anam başqa uşaq istəyir? Məgər mənim eybim var? Görəsən anam qayıtdıqdan sonra məni yenə də sevəcəkmi? İndi anam nə edir? Yoxsa təzə körpəsinə görə məni unudub?
Uşaq tənhalıq hiss edir, narahatlıq keçirir. Bir çox psixoloqlar belə hesab edirlər ki, bir çox uşaqlardakı psixi gərginliyin səbəbi yeni doğulmuş uşaqdır.
Yeni doğulmuş körpə evə gətirildiyi zaman bütün söhbətlərin ona həsr olunması vəziyyəti gərginləşdirir. Evdəki körpə diqqətdən kənarda qaldığını hiss edib, ailənin sevincinə qatılmır. Uşaqdakı zərərli düşüncələrin qarşısını almaq üçün ilkin hamiləlik dövründən başlayaraq, onu sevincinizə və qəminizə şərik edin.
Həyat yoldaşım ikinci uşağa hamilə olduğu vaxt birinci övladımla müəyyən söhbətlər aparmağa başladım. Ona bildirdim ki, bu körpə doğulduqdan sonra evdəki sakitliyə son qoyulacaq, gecələr evi səs-küy bürüyəcək, bütün vaxtımız ona sərf olunacaq. Mən danışdıqca övladımın heyrəti artırdı. Amma uşaq doğulduqdan iki həftə sonra o mənə yaxınlaşıb dedi: “Atacan, vəziyyət sən dediyin qədər də ağır deyil.”


more post like this