Qurani-kərimdə din haqqında az bilib, çox danışanlar haqqında ayələrə tez-tez təsadüf olunur. Bütün cəmiyyətlərdə belə cahil insanlar kifayət qədərdir. Onlar insanların dini biliklərinin azlığından istifadə edərək, öz nəfs istəklərini sübuta yetirmək üçün «filan şey Quranda yazılıb, filan şeysə yazılmayıb» deməkdən belə çəkinmirlər. Bu məsuliyyətsiz insanlar şeytan fitvasına uyub, «Quranda hicab əmr olunmayıb» deməklə, sadə və imanlı qadınlarda vəsvəsə icad edirlər. Bu, doğrudan da, belədirmi?

Qurani-kərimin «Nur» surəsinin 31-ci ayəsində deyilir:
«Mömin qadınlara de ki, …öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər…».
Ayədən göründüyü kimi hicab vacib buyurulmuşdur.
Bəs hicabın fəlsəfəsi nədir? Başqa sözlə, hicabsızlığın, açıq-saçıqlığın zərəri varmı?
Qadınların örtüksüzlüyündən onların şəxsiyyətinə, eləcə də, cəmiyyətə vurulan zərbələrə diqqət edin:
1. Normal cəmiyyətdə insanların ruhi sakitliyinə təminat verilməlidir. Qadınların örtüksüzlüyü, kişiləri həyəcanlandırır, bəzən isə cinayətlər də baş verir;
2. Hicabsızlıq, ər-arvad arasında soyuqluq yaradır, cəmiyyətdə boşanmalar çoxalır;
3. Hicabsızlıq fahişəliyin genişlənməsi üçün zəmindir.
4. Örtüksüzlüyə rəvac verilən cəmiyyətlərdə qadın şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox, xarici görünüşünə görə qiymətləndirilir.

ceferiler.com


more post like this