Cavab: Mö`təbər tarixi mə`lumatlardan bəlli olur ki, İmamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sə`də belə bir əmr gəldi: “Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan Həzrət Əli (ə) idi.

Tezliklə bu əmri alan ibn Sə`d, Əmr ibn Həccacı beş yüz atlı ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün ərzində İmam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli sə`y göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi.

Bə`zi məlumatlarda belə bildirilir: “İmam Hüseyn (ə) öz düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada çatan kimi İbn Sə`də əmr olundu ki, bu işin qarşısını alsın.

Mə`lumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su götürməyə müvəffəq oldular. Bu mə’lumatda dəqiq vaxt göstərilmir.

Bə`zi mə`lumatlarda nəql olunur ki, Aşura günü İmam (ə) öz bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı barədə İmamın (ə) oxuduğu şe`ri eşidən Zeynəb özündən getmişdi. Bu mə`lumat Aşura axşamı düşərgədə su olduğunu bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: “Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra İmam sübh namazını onlarla cəm şəkildə qıldı.”

Deyilənlərdən belə mə`lum olur ki, Aşura günü sübh su ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək susuzluqdan əziyyət çəkdilər.

İbn Sə`din qoşunundakılardan biri rişxəndlə dedi: “Ey Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla içməyəcəksiniz!”

Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını kəsdikləri üçün onları qınayır.

Bir çox mənbələrdə İmamın (ə) su üçün sə`yləri, Şimrin suyun qarşısını kəsməsi, İmamın ona nifrini haqqında danışılır.

Əllamə Məclisi bir rəvayətdə İmamın (ə) Əbbası su üçün Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi barədə mə`lumat verir.

http://sualcavab.ge

 


more post like this