369. Divanəliyin növləri.

1183. Allahın Peyğəmbəri (s):«Gənclik  divanəliyin bir budağıdır.»[1]

1184. İmam Əli (ə):«Əsəbilik divanəliyin bir növüdür, çünki əsəbi adam peşman olar.  Əgər peşman olmursa divanəliyi yerindədir.»[2]

1185. İmam Sadiq (ə):«Verilən sualların hamısına cavab verən şəxs divanədir.»[3]

 

370. Həqiqi divanə.

1186. Mişkatul-Ənvar kitabından:«Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur:«Ona nə olub?» Dedilər ki, divanədir. Peyğəmbər (s):«Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır.»[4]

1187. Həmin kitabdan:«Peyğəmbər (s) səhabələrlə oturmuşdu və bir kişi onların yanından keçib getdi. Səhabələrdən biri dedi:«Bu kişi divanədir» Həzrət (s) buyurdu: «Xeyr, ona müsibət üz veribdir. Divanə, öz gəncliyini Allahdan qeyrisinə itaətdə hədər edən kişi və ya qadındır.»[5]

1188. Cabir ibn Əbdullah Ənsari:«Peyğəmbər (s) epilepsiyaya tutulmuş bir kişi ilə qarşılaşdıqda… buyurdu:«Bu divanə deyil. Sizə həqiqi divanədən xəbər verimmi?»… Buyurdu:«Həqiqi divanə təkəbbürlə yol gedən və özündən razı halda çiyinlərini tərpədəndir, (qürur və təkəbbürə işarədir). O divanə, bu isə xəstədir.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] əl-İxtisas, səh.343

[2] Nəhcül-Bəlağə, hikmət 255

[3] Məani-Əxbar, səh.238, hədis2

[4] Mişkatul-Ənvar, səh.270

[5] Mişkatul-Ənvar, səh.169

[6] Məani-Əxbar, səh.237, hədis1

Nəhcül-Bəlağə, məktub 53

 

[3] Ğurərul-Hikəm, hədis 8329

[4] Ğurərul-Hikəm, hədis 3932

[5] Fəth, ayə 4, 7

[6] Muddəssir, ayə 31

[7] Tovbə, ayə 40


more post like this