988. Dişləri fırçalamağa həvəsləndirmə

3181. Allahın Peyğəmbəri (s):«Əgər ümmətimin çətinliyə düşmək qorxusu olmasaydı, onlara hər namazda dişləri fırçalamağı əmr edərdim.»[1]

3182. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Hər dəstəmaz alanda, dişləri fırçalamağı sənə tövsiyyə edirəm.»[2]

3183. Allahın Peyğəmbəri (s) (həmçinin buyurur): «Ey Əli! Sənə dişləri fırçalamağı tövsiyə edirəm. Bacardığın qədər bu işin azalmasına yol vermə. Çünki dişləri fırçalanmış halda qılınan hər namaz, qırx gün dişləri fırçalanmadan qılınan namazlardan üstündür.»[3]

3184. Allahın Peyğəmbəri (s) :«Dəstəmaz imanın, dişləri fırçalamaq isə dəstəmazın bir hissəsidir.»[4]

3185. Allahın Peyğəmbəri (s):«Öz ağızlarınızı dişləri fırçalamaqla ətirli edin. Çünki ağızlarınız Qur‘anın keçid yeridir.»[5]

3186. Allahın Peyğəmbəri (s):«Cəbrayıl daim dişləri fırçalamağı mənə tövsiyyə edərdi. O həddə ki, tezliklə bu işi vacib edəcəyini güman etdim.»[6]

3187. İmam Sadiq (ə) («Bu məxluqların hamısı insan hökmündədirmisualının cavabında) : « Dişlərini fırçalamayan şəxsləri onların sırasından çıx.»[7]

 

989. Dişləri fırçalamağın faydası

3188. Allahın Peyğəmbəri (s):«Dişləri fırçalamaq kişinin gözəl nitq söyləmək qabiliyyətini artırar.»[8]

3189. İmam Sadiq (ə):«Dişləri fırçalamağın on iki xasiyyəti var: sünnədən olması, ağzı təmizləməsi, gözün nurunu artırması, Rəhman olan Allahı razı etməsi, dişləri ağartması, onların çürüməsinin qarşısını alması, damağı möhkəmlətməsi, iştahı açması, bəlğəmi aparması, hafizəni gücləndirməsi, savabları iki dəfə artırması və mələklərin şad olması.»[9]

3190. İmam Sadiq (ə):«Sizə dişləri fırçalamağı tövsiyə edirəm. Çünki bu iş qəlbdən vəsvəsəni aparar.»[10]

3191. İmam Rza (ə) :«Dişləri fırçalamaq gözün nurunu artırar, saçı çoxaldar və gözdən mirvari suyunu aparar.»[11]

 

990. Dişləri fırçalamağın qaydası

3192. Allahın Peyğəmbəri (s):«Fırçanı dişlərinizə uzununa (yəni sağan sola) yox, eninə (aşağı-yuxarı) çəkin.»[12]

3193. «Biharul-Ənvar»:«Peyğəbmər (s) misvak çəkəndə, eninə və gecə üç dəfə çəkərdi: biri yatmamışdan qabaq, biri gecə Allaha ibadət etmək üçün yuxudan oyananda, biri də sübh namazına çıxmamışdan qabaq. O Həzrət (s) Cəbrayılın tövsiyyəsilə misvak ağacının çöpü ilə misvak çəkərdi».[13]

3194. İmam Baqir (ə):«Səhərlər dəstəmazdan qabaq dişləri fırçalamaq sünnədəndir.»[14]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.3,səh. 22 , hədis 1

[2] Biharul-Ənvar, c.77,səh. 69 , hədis 8

[3] Biharul-Ənvar, c.76,səh. 131 , hədis 48

[4] Kənzul-Ummal, hədis 26200

[5] Kənzul-Ummal, hədis 3753

[6] Biharul-Ənvar, c.76,səh. 126 , hədis 2

[7] Biharul-Ənvar, c.76,səh. 128 , hədis 11

[8] Biharul-Ənvar, c.76,səh.135 , hədis 48

[9] əl-Xisal,səh. 481 , hədis 53

[10] Biharul-Ənvar, c.76, səh. 139 , hədis 52

[11] Biharul-Ənvar, c.76,səh. 137 , hədis 48

[12] əl-Də‘vat,səh. 161 , hədis 445

[13] Biharul-Ənvar, c.76,səh. 135 , hədis 47

[14] Mən la yəhzuruhul-Fəqih, c.1,səh. 480 , hədis 1390


more post like this