Sual :Dinin fitri olması nə deməkdir?
Cavab:
Yalnız Allahı tanımaq deyil, din və ayinlər bütünlüklə, bütün yönləri ilə bir yerdə fitri bir məsələdir və belə də olmalıdır. Çünki tovhid barədə təhqiqat bizə deyir: yaranış qanunları və dini qanunlar arasında müəyyən harmoniya olmalıdır. Şəriət hökmlərinin insan fitrətində kökü var. İnsan təbiəti və onun bünövrəsi şəriət qanunu təkmilləşdirir.
Başqa sözlə desək, təbiət qanunları və şəriət qanunları bütün sahələrdə harmonik olaraq iki təsirli ünsür sayılır. Şəriətdə elə bir qayda yoxdur ki, onun insan fitrətinin dərinliklərində kökü olmasın. İnsanın vücudunun dərinliklərində də şəriətə zidd bir şey ola bilməz. Şübhəsiz ki, şəriət, fitrəti yönəltmək və yolunu azmasın deyə onun üçün hüdud, qeyd və şərtlər təyin edir. Lakin o, heç bir vaxt fitri istəklərin əleyhinə çıxmır. Yalnız şəriət yolu ilə onu hidayət edir. Əks təqdirdə şəriətlə təbiət qanunları arasında ziddiyyət yaranar bilər ki, bu da öz növbəsində tovhidin əsas prinsiplərinə ziddir. İnsanın vücudunda din hər növ çirkinlikdən xalis və pak formadadır. Azğınlıqlar isə sonradan yaranır. Bu üzdən peyğəmbərlərin vəzifəsi budur ki, sonradan yaranmış o məsələləri zərərləşdirsin və insanın əsil fitrəti üçün tərəqqi imkanı yaratsın. (1)

1. “Təfsiri nümunə”, cild 12, səh. 441.

makarem.ir


more post like this