Cavab: Xahiş edirik şəri suallarınızı “şəri suallar” bölməsinə göndərin. Təqlid etdiyiniz müctehidi təyin etməniz zəruridir. Çünki bu məsələdə müctehidlərin nəzəri fərqli ola bilər.
Sual:
(4 Nə üçün bə`zi dualar qəbul olunmur?
Cavab: Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: “Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməlidir”. Bundan əlavə, dua xeyir istəməkdən ibarət olsa da, bizim bir çox istəklərimiz öz zərərimizədir.
Sual:
(5 salam aleykum,bele bir hedis oxudum ki,Hezreti Huseyne aglayanin boyuk gunahlari bagislanar.Bu dogrudurmu? başqa hedisdə var ki,Hezret Huseynin ziyareti 20 hecc ziyaretine beraberdir.Dogurdanmi musteheb bir emel vacib bir emelden daha efzeldir?Mumkunse izah ederdiniz.
Cavab: Şəhidlər ağası həzrət Hüseyn (ə) üçün əza saxlamaq Allaha yaxınlaşmaq üçün ən təsirli vasitələrdəndir. Mö`təbər mənbələrdə bu mövzuda kifayət qədər hədis vardır. Amma bu məsələyə münasibətdə bəzi məqamlara nəzər salmalıyıq: 1. Bu mövzuda olan rəvayətlər səhih və qeyri-səhih olmaqla iki hissəyə bölünür. 2. Bəzi rəvayətlərdə müəyyən əməllərin xüsusi tə`sirə malik olduğu bildirilir. Amma həmin əməl zikr olunan təsir üçün tam səbəb sayılmamalıdır. Tam səbəb bütün maneləri aradan qaldıran səbəblər məcmusudur. Mane olmadıqda bir əməl də təsir edə bilər. Amma maneələr əməlin təsir etməsi üçün ortaya şərtlər qoyur. Məsələn, deyilir ki, ağacın alışma səbəbi oddur. Amma od ağacı yandırmaya da bilər. Məsələn, alışma üçün oksigen lazımdır. Bir şəxs yaş ağacı tonqala atıb, onun alışmadığını görürsə, təəccüblənməməlidir. Ağacın alışmasına mane olan səbəblər araşdırılmalıdır. Şübhəsiz ki, alovun ağaca təsirinə mane olan səbəblər vardır. Düzgün istiqamətdə aparılan araşdırmalar göstərir ki, ağacın tərkibindəki rütubət alova müqavimət göstərir. Əgər bu maneə aradan qaldırılarsa ağac dərhal alışar. Demək, ağacın alışması üçün alovu tam səbəb bilmək olmaz. Ortaya suallar çıxır: dəqiq şərtlər nədir; hər səbəbin təsir payı nə qədərdir; bir səbəb həlledici rol oynaya bilərmi; tə`sir mexanizmi necədir? Amma insan düşüncəsi müstəqil şəkildə bütün suallara cavab tapmaq gücündə deyil. Peyğəmbərlərin ən böyük xidmətlərindən biri insan düşüncəsinin fövqündəki məsələləri işıqlandırmaqdır. İmam Hüseynə (ə) əza saxlamağın savaba malik olmasında təəccüblü heç nə yoxdur. Nəql edəcəyimiz rəvayət uyğun məsələyə aydınlıq gətirir: Əllamə Bəhrul-ülum Samirraya gedərkən yol boyu İmam Hüseynə (ə) ağlamağın savabı barədə düşünür. Yolda onunla rastlaşan ərəb onu fikirli görüb, nə barədə düşündüyünü soruşur. Bəhrul-ülum bildirir ki, İmam Hüseyn (ə) üçün axıdılan bir damla göz yaşının günahları yuması barədə fikirləşirəm. Ərəb deyir: “Təəccüb etmə. Sənə bir misal çəkim. Bir gün sultan ovda azıb yoldaşlarından ayrı düşür. Meşədə bir komaya rast gəlir. Burada yaşayan qoca qarı və onun oğlu südü ilə dolandıqları keçini qonaq üçün kəsirlər. Sultan saraya qayıtdıqdan sonra onların yaxşılığına necə cavab vermək barədə düşünür. Nəhayət başa düşür ki, olanını ona vermiş insanların mükafatı yalnız sultanın bütün olanlarıdır! İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçib, Allah Hüseynə (ə) ağlayana misilsiz savablar verirsə, təəccüb etməməliyik”.

haqyolu.com


more post like this