728. Din

2283. İmam Əli (ə): «Dində (dindarlıqda) incəlikləri görən və dəqiq olan kəs Qiyamət günü ali məqam sahibi olar.»[1]

2284. İmam Əli (ə) : «Din nurdur.»[2]

2285. İmam Əli (ə) : «Həqiqətən, ən üstün din Allah yolunda dostluq və düşmənçilik etməkdir.»[3]

2286. İmam Əli (ə): «Din insanı qoruyar.»[4]

2287. İmam Əli (ə) : «Din ən qüdrətli dayaqdır.»[5]

2288. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) öz xütbələrində bu cümləni çox buyurardı: Ey insanlar! Dindar olun, dindar! Əgər günah edib dindar olsanız, (bu sizin üçün) savab iş görüb, amma dinsiz olmadığınızdan daha yaxşıdır. Çünki günah (dindar olduqda) bağışlanar, amma savab və yaxşılıq dinsizlikdə qəbul olunmaz.»[6]

 

729. Dinin bəlası

2289. İmam Əli (ə) : «Dinin bəlası bədgüman olmaqdır.»[7]

2290. İmam Əli (ə): «Dinin fəsadı dünyadır.»[8]

2291. İmam Sadiq (ə): «Dinin bəlası paxıllıq, xudpəsəndlik və özünü öyməkdir.»[9]

 

730. Dini qorumağa təşviq

2292. İmam Əli (ə) : «Bəla gələn zaman öz mallarınızı öz canlarınızı qorumaqçün sipər edin. Bir hadisə baş versə canlarınızı dininizə qurban edin və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olunmuşun özü qarət olunmuşdur.»[10]

2293. İmam Sadiq (ə) müsibət gələn vaxt buyurardı: «Allaha şükr və həmd olsun ki, mənim müsibətimi dinimdə qərar vermədi.»[11]

 

731. Bu kəslərin dini yoxdur

2294. İmam Baqir (ə): «Günah iş görən şəxsə itaət etməyi öz öhdəsinə götürənin dini yoxdur. Yalan və batili (şeyləri) Allahın adına çıxanın dini yoxdur. Allahın ayələrindən bir ayəni inkar edən şəxsin dini yoxdur.»[12]

2295. İmam Sadiq (ə): «Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini (və hakimiyyətini) qəbul edən kimsənin dini yoxdur.»[13]

2296. İmam Sadiq (ə): «Əhd-peymanına sadiq olmayan kəsin dini yoxdur.»[14]

2297. İmam Sadiq (ə):«Məhəbbəti və düşmənçiliyi dinə görə olmayanın dini yoxdur.»[15]

2298. İmam Kazim (ə): «Mərdliyi və insaniyyəti olmayan kəsin dini yoxdur.»[16]

2299. İmam Rza (ə): «Allah qorxusu olmayan kəsin dini yoxdur.»[17]

 

732. Dinin asanlığı

2300. Allahın Peyğəmbəri (s): «Ey insanlar! Həqiqətən, Allahın dini asandır.»[18]

2301. Allahın Peyğəmbəri (s): «Mən (insanlara) haqq (hənif), asan din gətirmək üçün seçilmişəm. Mənim sünnəmə və üslubuma müxalif olan kəs məndən deyil.»[19]

2302. Allahın Peyğəmbəri (s): «Allah-taala məni zahidliyi təbliğ etməyə göndərməmişdir. Həqiqətən, Allahın yanında ən yaxşı din Allahın asan, haqq (hənif) dinidir.[20]

 

733. Əməllərin yalnız onunla qəbul olunduğu din

Quran:

«İslamdan qeyri bir dini seçən kəsdən (heç bir əməl) qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.»[21]

Hədis

2303. İmam Sadiqin (ə) əbu Bəsirin «Sənə fəda olum! Məni, Allah-taalanın bəndələr üçün vacib etdiyi dindən agah et. O dindən ki, bəndələrin vəzifəsi onu tanımaqdır və ondan başqa bəndələrdən heç bir din qəbul olunmur» sualına cavabından: «Allahın vahidliyinə, Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, gücü çatanlar üçün Allahın evini (həcc) ziyarət etmək və Ramazan ayının orucunu tutmaq.» Burada İmam bir qədər sükut etdi. Sonra iki dəfə buyurdu:«Və (biz Əhli-Beytin) vilayəti qəbul etmək.»[22]

 

734. Dini tanımağın yolu

2304. İmam Sadiq (ə): « Öz dinini Allahın kitabı ilə tanıyan şəxs dağlar öz yerindən oynasa belə, dinində tərəddüdə və şəkkə düşməz. Amma başa düşmədiyi bir əqidəni qəbul edən kəs, başa düşmədən də həmin əqidədən çıxar.»[23]

2305. İmam Sadiq (ə): «Kim bəzi insanların (şəxsiyyətlərinə məftun olmaq) vasitəsilə bu dinə gələrsə, həmin şəxslər onu dinə gətirdikləri kimi, eləcə də dindən çıxardar. Amma kim Allahın kitabı və peyğəmbərin sünnəsi ilə dinə gələrsə,dağlar yerindən qopar, ancaq o, öz dinində sabitqədəm qalar (və əqidəsində, dinində tərəddüdə, səkkə düşməz).» [24]

 

735. Dini dünya ilə qorumaq

2306. İmam Əli (ə): «Öz dinini dünyanla qoru ki, hər ikisini udasan. Öz dünyanı dininlə qoruma ki, hər ikisini  uduzarsan.»[25]

2307. İmam Əli (ə): «Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah-taala ziyanı o xeyirdən daha çox olan bir işi onlara ürcah edər.» [26]

 

736. Dinin qəlbdə möhkəmlənməsi üçun dua

2308. Abdulla ibn Sənan: «İmam Sadiq (ə) buyurmuşdur: «Tezliklə elə bir şübhəyə düçar olacaqsınız ki, (doğru) yol tapmaq üçün nə bir nişanə görəcəksiniz, nə də bir rəhbər sizi (doğru yola) hidayət edəcək. O şübhədən yalnız qəriğ duası oxuyan kəs nicat tapacaq.» Ərz etdim: «Qəriq duası necədir?» Buyurdu:«Belə deyərsən: Ya Allahu, ya rəhmanu, ya rəhim. Ya muqəllibəl qulub. Səbbit qəlbi alə dinəkə.» (Yəni, ey Allah, ey bağışlayan, ey mehriban! Ey qəlbləri dəyişdirən! Mənim qəlbimi öz dinində sabit və möhkəm et). [27]

 

737. Allahın dinini qoruyanların xüsusiyyəti

2309. İmam Əli (ə): «Allahın dinini qoruyan kəslər, dini bərpa edənlər, ona kömək edənlər, dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, onu əziz tutan və ona riayət edənlərdir»[28].

 

738.Dindən bəhrələnməyən şəxslərin vasitəsilə dinin möhkəmlənməsi

2310. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini bədəməl kişinin vasitəsilə möhkəmlədər.»[29]

2311. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini xeyirdən və dindən bir bəhrə görməyən insanların vasitəsilə möhkəmlədər.»[30]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] Ğurərul-Hikəm, hədis 8807

[2] Ğurərul-Hikəm, hədis 213

[3] Ğurərul-Hikəm, hədis 3540

[4] Ğurərul-Hikəm, hədis 1

[5] Ğurərul-Hikəm, hədis 489

[6] Nəhcüs-Səadə, c.3, səh.368

[7] Ğurərul-Hikəm, , hədis 3924

[8] Ğurərul-Hikəm, hədis 6554

[9] əl-Kafi, c.2, səh.307 , hədis5

[10] əl-Kafi, c.2, səh.216 , hədis2

[11] Biharul-Ənvar, c.78, səh.268 , hədis183

[12]əl-Kafi, c.2, səh.2, hədis4

[13] Biharul-Ənvar, c.72, səh.135 , hədis19

[14] Biharul-Ənvar, c.84, səh.252 , hədis48

[15] əl-Kafi, c.2, səh.127 , hədis16

[16] Tuhəful-Uqul, səh.389

[17] Kəmalu-Din, səh.341 , hədis5

[18] Kənzul-Ummal, hədis 5418

[19] Kənzul-Ummal, hədis 900

[20] Kənzul-Ummal, hədis 5422

[21] Ali İmran, ayə85

[22] əl-Kafi, c.2, səh.22 , hədis11

[23] Biharul-Ənvar, c.33, səh.103 , hədis11

[24] Biharul-Ənvar, c.2, səh.105 , hədis67

[25] Ğurərul-Hikəm, hədis 5861

[26] Ğurərul-Hikəm, hədis 10831

[27] Kəmalud-Din, səh.352 , hədis49

[28] Ğurərul-Hikəm, hədis 3912

[29] Kənzul-Ummal , hədis115

[30] Kənzul-Ummal, hədis 2895


more post like this