Xilaskarın zühuruna etiqad reallıq, ədalətin davamı, fitri bir həqiqət olduğundan bütün millətlərdə və dinlərdə belə bir inanc mövcuddur.

Məhəmməd Əmin Zeynəddin deyir: “Cəmiyyətin islahına etiqad bəşər tarixi boyu düşüncələrdə yer tapmışdır. Bu inanc təkcə İslama aid deyil. Hələ İslamdan öncə səmavi dinlərdə bu məsələyə toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər haqqında açıqlamalar verilmişdir. Onlar xilaskarı “Mehdi”, onun islahçı dəvətini “Məhdəviyyət” adlandırmasalar da, belə bir əqidə mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə çarpır…”

Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq:

1. Yəhudilər Üzeyirin (ə) və ya Minhas ibn Azir ibn Harunun qayıdışına inanırlar;

2. Məsihilər İsanın (ə) qayıdışını gözləyirlər;

3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər;

4. Hindular Fişnovanın qayıdışını gözləyirlər;

5. Məcusilər Uşidrin qayıdacağına inanırlar;

6. Buddistlər Buddanın zühuru intizarındadırlar…

 

http://sualcavab.ge

 

 


more post like this