2. sual: Əgər Quranın biri bütöv şəkildə Peyğəmbərin qəlbinə nazil olubsa və hadisələr baş verməmiş (Peyğəmbərin öz dövründə) Quran-Kərim bunlardan xəbər veribsə, yəni bu o deməkdir ki, hadisələr baş verməsədə Allah bunları qabaqcadan bilib hamısını Peyğəmbərin qəlbinə nazil edbdir? Deməli qabaqcadan hadisələri bilib və o hadisələri Quranda yazıbsa, onda belə çıxırmı ki, bilibsə deməli özü belə istəyib və gələcəkdə o hadisələri özü elətdirəcək və qabaqcadanda hadisələr olmamışdan o hadisələri bütöv Quran şəklində Peyğəmbərin qəlbinə nazil edibdir. Əgər belə olsa, isan iradəsinə yer qalmır. Qiyamətdə sorğu suala yer qalmır. Bəs onda məsələ ncədir?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.
Bəli, Quran həm birdəfəyə və həm də tədriclə nazil olub. Birdəfəyə nazil olan Quran Qədr gecəsi ALlah rəsulunun (s) qəlbinə nazil olub.
Bəzilərinin fikrincə, Allah rəsulunun (s) qəlbinə birdəfəyə Quranın ümumi məzmunu nazil olub.
Əgər fərz etsək ki, Allah rəsuluna bir dəfəyə Quranın bütün mətni nazil olub, yenə də qaranlıq məqam mövcud deyil. Allah əzəldən dünyaya gələn bütün insanların öz ixtiyarı ilə etdiklrindən xəbərdardır. Buna görə də Quranın bütün mətninin Allah rəsulunun (s) qəlbinə nazil olması barədə irəli sürdüyünüz şübhə əsassız qalır.
Sual:
(4 Salam əleykum! Ayət namazı qılmağın mənası nədir? Yəni , yer üzünə bəla gələ bilər, onun üçün qılırıq?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
Ayət namazı ay, günəş tutulandan və digər təbii hadisələr baş verəndən sonra Allahın əmrini yerinə yetirmək məqsədi iləqılınır.
Sual:
(5 Salam əleykum! Dünya müsəlmanlarının içində Quran-Kərimi neçə cür qiraətdə oxuyurlar? Və xahiş edirəm hər bir qiraətin banisininin adlarınıda deyərdiz. Asim və s.
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.
Yeddi cür qiraət növü olub. Bu qiraətlərin hər biri bir qiratçiyə aiddir. Məlum qiraətçilərin 4 şiə, 3 isə sünni olub.
Şiələr: Asim ibn Əbil-Cunud, Əbu Əmr Bəsri, Homrə ibn Həbib, Əli ibn Həmzə Kəsayi.
Sünnilər: Abdullah ibn Amir Dəməşqi, Abdullah ibn Kəsir Məkki, Nafe ibn Abdurrəhman əl-Mədəni.

 

haqyolu.com


more post like this