Nəzir iki cürdür: 1- Allahın bəndələrinə yaxınlaşmaq və razılıqlarını cəlb etmək məqsədi ilə nəzir etmək. Məlumdur ki, belə bir iş bir şirk və bütpərəstliyə bərabərdir. 2- Allaha yaxınlaşmaq və onun razılığını cəlb etmək məqsədi ilə yaxşı bir iş görmək və onun savabını ilahi övliyalardan birinə verməklə bur razılığın tez ələ gəlməsi üçün çalışmaq. Şübhəsiz, belə pak qəsd və niyyətlə nəzir etmək təqdirə layiq bir əməldir. Lakin sual doğruan və bəzən insanları çaşıdaran cəhət isə nəzir edərkən hər iki niyyətin bir-birinə bənzəməsidir. Nəzir etmək ibadətdir və yalnız Allaha yaxınlaşmaq qəsdi ilə həyata keçməlidir. Buna əsasən, Nazir (nəzir edən şəxs) deməlidir: “Allaha yaxınlaşmaq və onun razılığını əldə etmək məqsədi ilə əhd edirəm ki, əgər mənim istəyim həyata keçsə, bu qoyunu Peyğəmbər üçün (s) zibh edərəm“. Lakin bəzən camaat bilgisizlik üzündən və ya əhdini qısa ifadə etmək məqsədi ilə “Bunu Pyeğəmbər (s) üçün nəzir edirəm“ (نذرتُ هذا للنبيّ) deyir. Hər bir halda, sual budur ki, niyə Peyğəmbər (s) üçün nəzir edilir, bir halda ki, nəzir yalnız Allah üçün olmalıdır. Cavab olaraq qeyd edirik ki, əgər bir şəxs للنبيّ (lin Nəbi) kəlməsindəki “Lam“ı “ nəbi“ kəlməsinə mütəlləq bilsə, yəni “Peyğəmbər üçün nəzir edirəm“ mənasını “Allah üçün nəzir edirəm“ mənasi ilə eyni tutsa, bu nəzir batildir. Yox əgər “lin Nəbi“ kəlməsindəki “lam“ı “intifa lamı“ bilsə və məqsədi nəzr Allah, savabı isə Peyğəmbər (s) üşün olsa, belə bir nəzir etməyin heç bir iradı yoxdur. Məsələn, Qurani-kərimin “Tövbə“ surəsinin 60-cı ayəsində oxuyuruq: «إِنّما الصَدقات لِلْفُقراء والمَساكين» “Sədəqələr (zəkat) fəqirlər və miskinlər üşündür…“. Amma bilirik ki, sədəqə yalnız Allaha yaxınlaşmaq qəsdi ilə verilir. Məlum ayədə məqsəd isə sədəqənin nəticəsidir. Bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın rəsulu (s), anam dünyadan köçmüşdür, amma bilirəm ki, sağ olsaydı sədəqə verərdi. Əgər onun tərəfindən sədəqə versəm, ona üçün faydası olacaqmı?“ Allahın peyğəmbəri buyurdu: “Bəli“. O şəxs- Hansı sədəqənin xeyri daha çoxdur- deyə soruşdu. Allahın rəsulu (s) “su“ deyə cavab verdi. Həmin şəxs bir quyu qazıb dedi: “Həza li ümmi Səd“, yəni bu quyunun qazılmasının savabı Sədin anasına çatsın. “Li ümmi Səd“ cümləsindəki lam “həza lin Nəbi“dəki lamdır. (“Fərəqatul-Quran“, səh. 133) Nəhv elmi terminoloğiyasında bu lama “İntifa lamı“ deyilir, “Təqərrüb lamı“ yox. Demək nəzir etməkdə məqsəd budur: Allaha yaxınlaşmaq məqsədi ilə nəzir edirəm ki, bir heyvan kəsib savabını Allahın rəsuluna (s) hədiyyə edim və bu vasitə ilə Allaha yaxınlaşmaq məqsədi güdür və ümid edirəm ki, O, mənim xəstəmə şəfa verəcək. NUR-AZ.COM


more post like this