Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

Bir səbəbi bu ola bilər ki, onlar dünyanı xatırladan bariz nümunələr olduğundan insanı mənəvi duğulardan ayıra bilər.

Sual:
(2 Salam aleykum.Sualım odur ki,namazda möhür vacibdirmi.Beri başdan minnattarlığımı bildiriram
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Səcdə zamanı alın yerə və ya yerdən cücərən ağac, yarpaq kimi şeylərə qoyulmalıdır. Yeməli və geyməli şeylər yerdən cücərərsə belə onlara səcdə etmək olmaz. Eləcə də, qızıl və gümüş kimi metallara səcdə batildir. Amma mərmər, ağ və qara daş, hətta əqiqə səcdə etmək olar.
Vacib ehtiyat budur ki, qidada istifadə olunan üzüm yarpağına səcdə edilməsin.
Yerdən cücərən və heyvan yemi olan saman və ota səcdə etmək olar. Eləcə də insanın qidalanmadığı çiçəklərə də səcdə etmək olar. Amma bənövşə, maldili kimi qidada istifadə olunan gül və bitkilərə ehtiyata əsasən səcdə edilməməlidir. Bəzi məntəqələrdə qida kimi istifadə olunan bitkilərə də səcdə etmək düzgün deyil.
Əhəng və gəc daşına bişməzdən öncə, həm də bişəndən sonra səcdə etmək olar. Kərpicə, saxsıya, sementə də səcdə etmək olar.
Pambıq və ya bu kimi səcdə ediləsi şeydən hazırlandığı məlum olan kağıza səcdə etmək olar. Hazırda əksər kağızlar ağacdan hazırlandığı üçün (ən azı nədən hazırlandığına şübhə var) onlara səcdə etmək olar.
Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin) türbətidir. Bu türbət şəhidləri yada salır.
Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mədəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.

Sual:
(3 Allahin Salami ve Rehemti Olsun uzerinize. bezen inancsizlarin bele bir suali ile qarshilasiriq. Xahish edirem bu meseleni izah edesiniz. Meselen deyiller ki, Allah eger rehimlidir deyirsiz. Men Allahdan istememishdim ki mene bu heyati versin? Bu nece edaletdir ki, menim sechimim yoxdur. Yeni mene ne bu heyat ne de ondan sonraki cehennem lazimdi. Istemirem. axi menim neyime lazimiydi bu heyat eger bundan sonra cehennem ezabi chekeceyemse? ne bu heyati vererdi ne de o biri. Qisa desek bilirik ki bu heyat imtahandi. mene axi niye istemediyim halda imtahan veribdir. Bu suala nece cavab vermek olar? Quranda nese bir aye variydi deyesen ki Allah hamidan ehd alibdir. Onun bununla baqliliqi varmi nese? Allah razi olsun elminizi bolushduyunuz uchun. Salam Aleykum
Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Sizə Allahın salam və rəhməti olsun.

“Mən xəlq olmaq istəmirdim. Allah məni niyə xəlq edib ki, günah edib cəhənnəmə gedim?”, – bu və s. suallar qarşımıza çıxa bilər. Biz oxşar sualların üstündən ötəri adlamaq əvəzinə, onlara doğru və məntiqli cavab tapmağa çalışmalıyıq.
“Mən xəlq olmaq istəmirdim” iddiası kökündən yanılışdır. Ona görə ki, əslində “mən” olmamışam ki, xəlq olmağı və ya olmamağı istəyə bilim. Belə isə “Mən xəlq olmaq istəmirdim”, – demək düzgün deyil. Əslində iddia belə olmalıdır: “Mən hazırda var olmağımla razı deyiləm.”
Şübhəsiz, belə bir insan yoxdur ki, var olmağı istəməsin. Əksinə hamı var olmağı və bu varlığı bəxş edəni sevir. Ona görə ki, Xaliq varolma sevgisini insanın qəlbində yaratmışdır. Bu insanın mahiyyətidir və heç vaxt dəyişməz.
Kim qara torpaqdan ağıllı, gözəl, mütərəqqi bir varlığa çevirlməyi, yer üzündə Allahın xəlifəsi olmasını istəməz? Ona görə də “Mən var olmağıma qarşıyam” iddiası bizim mahiyətimizə ziddir və bu, yalnız bizə aşılanan yanlış fikirdir.
“Allah məni niyə xəlq edib ki, günah edib cəhənnəmə gedim?”, – fikri də yanlışdır. Allah bizi günüh edib cəhənnəmə getmək üçün xəlq etməyib. Allah-taala heç bir yerdə belə buyurmadığı halda biz niyə Onun adından belə bir yanlış fikri deviz seçməliyik? Allah bizi xəlq edibdir ki, biz yer üzündə onun nümayəndəsi, təcəllası, sevimlisi, aşiqi olaq. Bu təkamülə çatmaq üçün müəyyən bir yolu qət etmək lazımdır. Bun üçün də qanuna, qanunu şərh verənə, bələdçiyə, ülgüyə, rəhbərə ehtiyac duyulur. Bütün bunları Allah öhdəsinə götürür və icra eidr. Bizdən yeganə istəyi isə göstərişlərinə əməl etmək və bu yolu adlamaqdır. Əgər yolu adlayarkən hansısa səhvlər edəcəyiksə, Allah onları da bağışlayır, sanki heç nə olmamış kimi bizimlə rəftar edir. “Ali-İmran” surəsində deyilir: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”
Amma doğru yolun əksinə gedib günah işlədənlərsə özləri-özlərinə zülm edir.

 

 

haqyolu.com


more post like this