Yəqinliklə deyə bilərik, əgər “Xəzra” adasının varlığı həqiqət olsa belə, İmam orada yaşamır. Çünki, «Nüdbə» duasında oxu-yuruq: “Canım sənə qurban, qaibsən, amma bizdən uzaqda deyilsən.” Əgər o Həzrət “Xəzra” adasında yaşasaydı sözsüz ki, bizim aramızda olmazdı. Habelə İmam Mehdi (əc) Əli ibn Məhziyarla görüşəndə ona buyurub: “Atam mənimlə əhd-peyman bağlayıb ki, Allahın təyin etdiyi vaxta qədər şəhərdə deyil, dağlarda və səhralarda yaşayım.” Lakin Xəzra adasına gəldikdə isə deməliyik ki, bəlkə də İmam öz övladlarını düşmənlərinin əlindən və fitnə-fəsaddan qorumaq üçün bir yer seçmiş və onları orada yerləşdirmişdir.

Böyüklər deyiblər ki, sizə qəribə gələn bəzi hədisləri qəbul edə bilməsəniz, rədd də etməyin. Ola bilsin müəyyən zaman və şəraitdə bəzi sözlər həyata keçsin.

 

 

http://sualcavab.ge

 

 

 


more post like this