Aydındır ki, siz alış-veriş üçün evdən çıxmalı, müxtəlif ehtiyaclarınızı ödəmək üçün körpənizdən uzaqlaşmalısınız. Amma bu ayrılıq uzun çəkməməlidir. Çünki sizinlə olmağa adət etmiş körpə ondan ayrıldığınız vaxt darıxır. Başqaları ilə qalmağa vərdiş etmiş körpə üçün valideynlə olmaq bir o qədər də fərq etmir. Məşğul ana üçün bu hal çox münasibdir. Amma belə analar körpəsi ilə yaxın bağlılıqdan məhrum olurlar.
Siz uşaqla gizlənqaç oynadığınız vaxt onun sizi tapa bilməməsindən necə iztirab keçirdiyinə diqqət edin. Yəqin ki, bu oyun sizə ləzzət verir. Sizi tapa bilməyən körpə məyus olur. Diqqət edin ki, o sizi tapdığı vaxt necə ürəkdən qəhqəhə çəkir. O, sizi itirdiyi vaxt inanmır ki, bir daha tapa biləcək. Amma siz qəfildən peyda olduqda onun sevinci yerə-göyə sığmır. Bu oyun körpəyə öyrədir ki, valideyn gözə görünmürsə də, o var və tezliklə görünəcək.
Körpənizdən ayrılmamağınızı tövsiyə etmək asandır. Amma, çətin ki, kimsə bu tövsiyəyə əməl edə bilsin. Amma unutmamalısınız ki, körpəni uzun müddət tərk etməyiniz xoşagəlməzdir.


more post like this