Əvvəlcə bu dəcəlliyin səbəbini araşdırın. Bu səbəbi tapmamış problemi həll etmək olmaz. Dəcəllik səbəbsiz olmur. Çox güman ki, bu dəcəlliyin əsas səbəblərindən biri uşağın müsbət işlərinin qiymətləndirilməməsidir. Güman ki, bu uşaq cəmiyyətdən də öz yaxşı işinə cavab ala bilmir. Onun qazancı yalnız tənbeh və məhrumiyyətlərdir. İtaətsiz övladın valideyni, adətən, övladına vaxt ayıra bilməyən problemli bir valideyndir. Övladının müsbət hərəkətlərinə biganəlik göstərən ata-analar az deyil. Bu valideynlərin işi uşağı yalnız pis iş gördükdə danlamaqdır.
Qəbulumuzda olan valideynlərin əksəri övladının kobud rəftarından şikayətlənir. Onlar öz uşaqlarının biganəliyindən, təhsildə geriliyindən narahat olurlar. Bu uşaqlar zehnli və istedadlı da ola bilərlər. Sadəcə, onun qabiliyyətlərinin üzə çıxması üçün düzgün şərait yaradılmalıdır. Bu uşağı biganəlikdə qınayan valideyn əslində onun üçün münasib şərait yaratmamışdır. Uşaq ona qarşı tətbiq olunmuş qeyri-münasib qanunlara öz biganəliyi, kobudluğu ilə cavab verir. O, kiçik bacı-qardaşını incidərkən valideyn onu qınamaqla yarasına duz səpir. Belə bir uşağı qadağalarla islah etmək mümkünsüzdür. Bir sözlə, uşağın kobud rəftarında sirr axtarmayın. Onun yaxşı işlərini qiymətləndirmək lazımdır. Əgər uşağın müsbət hərəkətləri biganəliklə üzləşirsə, o da öz ətrafındakılara biganəlik göstərəsidir. Kobud rəftarlı uşağın islahı üçün bu rəftarın səbəbini araşdırın. Çalışın ki, uşaq sizinlə ünsiyyətdən ləzzət alsın. Uşaq sizin himayənizi, ona arxa olduğunuzu hiss etməlidir. Uşaq ona qadağan edilmiş bir şeyin zərərli olduğunu başa düşməlidir. Əgər deyilənlərə müvəffəq olmasanız, övladınız şəxsiyyətsiz insanlarla yaxınlığı sizinlə yaxınlıqdan üstün tutacaqdır.


more post like this