722. Müalicə etmək

2268. İmam Sadiq (ə): «Peyğəmbərlərdən biri xəstələnir və belə deyir: Mənə xəstəlik göndərən mənə şəfa verməyincə, özümü müalicə etməyəcəm. Allah-taala ona vəhy edir ki, «özünü müalicə etməyincə, sənə şəfa verməyəcəm. Çünki şəfa vermək Mənim əlimdədir.»[1]

 

723. Hər dərdin bir dərmanı var

2269. Allahın Peyğəmbəri (s): «Özünüzü müalicə edin. Çünki Allah-taala ölüm və qocalıqdan başqa (onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun.»[2]

2270. İmam Əli (ə) :«Hər dərdin bir dərmanı var.»[3]

 

724. Dərhal dərmana sığınmaqdan çəkin

2271. Allahın Peyğəmbəri (s): «Bədənin xəstəliyə tab gətirənədək dərmandan istifadə etməkdən çəkin və xəstəliyə dözə bilməyəndə dərmana əl at.»[4]

2272. İmam Əli (ə): «Müsəlman özünü, yalnız xəstəlik onun sağlamlığına qalib gələn zaman müalicə edər.»[5]

2273. İmam Kazim (ə): «Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır.»[6]

 

725. Pəhriz ən gözəl dərmandır

2274. İmam Əli (ə): «Ən faydalı dərman ac qalmaqdır.»[7]

2275. İmam Sadiq (ə): «Yeməkdən pəhriz saxlamaq xəstəyə ziyan yetirməz.»[8]

2276. İmam Sadiq (ə): «(Xəstəliyin) Yeddinci günündən sonra pəhrizin (başlamağın) xəstəyə faydası yoxdur.»[9]

2277. İmam Kazim (ə): «Pəhriz ən yaxşı dərman və mə‘də xəstəliklərin evidir. Bədəninin adət etmək qabiliyyəti olduğu qədər ona adət etdir.»[10]

2278. İmam Kazim (ə): «Pəhriz, heç bir şey yeməmək deyil, əksinə, pəhriz hər şeydən yüngülcə yeməkdir.»[11]

726. Ən böyük dərman.

2279. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) qəbrinin türbətində (torpağında) hər dərdin şəfası var. Ən böyük dərman odur.»[12]

 

727. Müxtəlif

2280. İmam Əli (ə): «Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar. Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər.»[13]

2281. İmam Əli (ə): «Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar.»[14]

2282. İmam Hüseyn (ə): «Padşaha dərman yazma. Çünki ona fayda versə sənə təşəkkür etməz və əgər ona zərər yetirsə, səni ittiham edər.»[15]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Biharul-Ənvar, c.62, səh.66 , hədis15

[2] Kənzul-Ummal, hədis 28088

[3] Ğurərul-Hikəm, hədis 7275

[4] Biharul-Ənvar, c.81, səh.211 , hədis30

[5] əl-Xisal, səh.620 , hədis10

[6] əl-Kafi, c.8, səh.273, hədis409

[7] Ğurərul-Hikəm, səh.903

[8] Biharul-Ənvar, c.62, səh.140 , hədis2

[9] əl-Kafi, c.7, səh.291 , hədis442

[10] Məkarimul-Əxlaq, c.2, səh.180 , hədis2468

[11]əl-Kafi, c.8, səh.291 , hədis443

[12] Biharul-Ənvar, c.101, səh.123 , hədis18

[13] Nəhcül-Bəlağə, məktub 31

[14]Ğurərul-Hikəm, hədis 9209

[15] Biharul-Ənvar, c.75, səh.382 , hədis47


more post like this