Ruslan Növrəs

Dəri-meyxanəyə, zahid, demə şeytan yuvası,

Oradır əhli-həqiqət yeri, iman yuvası.

 

İçməyincən nə bilərsən axı mə`nası nədir?!,

Meydə cəmdir ürəfa məclisi, ürfan yuvası,

 

Əhli-eşqin dəyə kim qəlbinə, dünyadə gərək,

O, qərar tutmaya bir dəm, qala viran yuvası.

 

Əgər o yerdə ki yarım mənə yar olmayacaq,

Nə gərəkdir mənə cənnət yeri, rizvan yuvası.

 

Orada zərrə qədər sevgi əgər varsa – ora,

Mən hücum eyləmərəm, olsa da düşman yuvası.

 

Gözəlim, qoyma siyəh zülfünü yellər dağıda,

Çün, ora bağlı olub aşiqivün can yuvası.

 

Mənə tə`n eyləmə kuyində qərar tutsam əgər,

Çün, qızılgül koludur bülbülü-nalan yuvası.

 

Qoyma boş yer qala, Növrəs, gecə-gündüz yaz, elə,

Bəzənər çün ki, qəzəllərlə qəzəlxan yuvası.

canderyasi.com


more post like this