Ruslan Növrəs

Dəmlənib könlüm yenə meyxanələrdən dəm vurur,

Gör necə məstanədir – peymanələrdən dəm vurur.

 

Yanmayıbdır atəşi-hicranə bir dəm binəva,

Şəmlərdən dəm vurur, pərvanələrdən dəm vurur.

 

Xatiri cəm olcağın, hali pərişan olcağın,

Zülfdən, zəncirdən, divanələrdən dəm vurur.

 

Zahid ofsavü-behişt eylər – riyadır, ey könül,

Çün, həqiqətdir bu kim, əfsanələrdən dəm vurur.

 

Zahirən Allahə tək məxsusdir canım deyir,

Daxilən əksin gedir – canənələrdən dəm vurur.

 

Tuti şəkkər, molla məscid, həm, sevər bülbül gülün,

Rəsmdir, bəyquş`lər viranələrdən dəm vurur.

 

Dəyməyin, Növrəs də uymuş könlünə, dəmdir yenə,

Heç özü dərk etməyir, aya, nələrdən dəm vurur.

canderyasi.com


more post like this