islamic mənbələri

    1. home

    2. article

    3. Cümə

    Cümə

    Cümə
    Rate this post

     

    348.Cümə günü

    Quran:

    «And olsun şəhadət verənə və şəhadət verilənə.»[1]

    Hədis:

    1120.Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»[2]

    1121.İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.»[3]

    1122.İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.»[4]

    1123.İmam Baqir (ə):«Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.[5]

    1124.İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.»[6]

     

    349.Cümə qüsulu

    1125.Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»[7]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Buruc, ayə 3

    [2] Biharul-Ənvar, c.89, səh.267, hədis 5

    [3] Biharul-Ənvar, c.104, səh.73, hədis 24

    [4] Biharul-Ənvar, c.89, səh.283, hədis 28

    [5] Səvabul-Ə’mal, səh.220, hədis 1

    [6] Məani əl-Əxbar, səh.299, hədis 18

    [7] Biharul-Ənvar, c.81, səh.129, hədis 18