Məsələ 1928: İnsanın onun üçün icra edilən bir işin müqabilində müəyyən malı verəcəyini şərt etməsinə cüalə deyilir. Məsələn, “hər kəs mənim itirdiyi şeyi tapsa ona min tumən verərəm” deməsi kimi. Bu şərti qoyan şəxsə cael və işi icra edənə isə amil deyilir. Cüalə ilə bir nəfəri bir işi görmək üçün əcir etməyin fərqi bundadır ki, icarədə əcir siğəsi oxunduqdan sonra işi yerinə yetirməlidir və onu əcir edən şəxs də ona zəhmət haqqı borclu olur. Cüalədə isə amil işə başlamaya və yaxud iş əsnasında ondan imtina edə bilər. Həmçinin, amil işini icra etməyənə qədər cail ona borclu deyil.
Məsələ 1929: Cüalənin müəyyən edilməyən və yaxud müəyyən edilən şəxslə baş tutması mümkündür. Məsələn, əgər “bir həkim uşağımın xəstəliyini müalicə etsə, filan miqdar ona verəcəyəm” və yaxud bir dalğıca “əgər mənim itirdiyimi dənizdən çıxartsan, sənə min tümən verərəm” deyə bilər və hər iki halda düzgündür.
Cüalənin şərtləri
Məsələ 1930: Cail ağıllı, həddi-büluğa çatmış olmalı, vöz iradə və ixtiyarı ilə müqavilə bağlamalı və şəriət hökmlərinə əsasən, öz malından istifadə etmə hüququna malik olmalıdır. Bu baxımdan, malını əbəs yerə xərcləyən səhef adamın cüaləsi düzgün deyil.
Məsələ 1931: Müqaviləsi bağlanan iş haram olmamalı və onun əqli bir nəticəsi olmalıdır. Bu baxımdan, əgər “bir nəfər şərab içsə və yaxud gecə qaranlıq bir yerə getsə, filan məbləği ona verərəm” desə, cüalə düzgün deyil.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this