[center]Niyyətlə oyanıb, qalxasan gərək –
Onda, kömək olar insana “mələk” …
Aramda tapacaq, “titrəyən” ürək…
Zülmət gecələrə çıraqdır Namaz!

***

Bir gün, o dünyaya düşsə güzarın,
Əbədi mənzilin, soyuq məzarın…
O gecə, çəkilən sorğu – sualın –
Çətin məqamında dayaqdır Namaz!

***

Adət eyləyərək, şövq ilə durursan –
Canamaz dəstindən, bir məclis qurursan…
Məhşər ayağında durmusan – duysan –
O, Ali – Əbadan soraqdır Namaz!

***

Məhəmmədə xatir, yarandı həyat.
Təqva sahibinə müjdədir – büsat…
Cəbrayıl! Namazsız yoxdur bir Nicat –
“Sirat” Körpüsünə çıraqdır Namaz!
Haqqın dərgahında bayraqdır Namaz!
23.08.2008.
Hacı Cəbrayıl Xıdırov[/center

http://www.muselman.ws/


more post like this