islamic mənbələri

    1. home

    2. article

    3. Cihad (3)

    Cihad (3)

    Cihad (3)
    Rate this post

     

    384. Allaha itaətdə çalışqanlıq.

    1228. İmam Əli (ə):«Həmişə çalışqan, zəhmətkeş və hazır olun.»[1]

    1229. İmam Əli (ə):«Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla  nail olmaq olar.»[2]

    1230. İmam Sadiq (ə):«Bilin ki, Allahla bəndələr arasında, onların (bəndələrin) itaətindən başqa heç şey, nə müqərrəb (Allah dərgahına yaxın olan) mələk, nə də mürsəl peyğəmbər vasitə ola bilməz. Buna görə, Allaha itaət etməyə çalışın.»[3]

     

    385. Ən çalışqan insanlar

    1231. Allahın Peyğəmbəri (s):«Ən çalışqan insanlar günahları tərk edən insanlardır.» [4]

    1232. Allahın Peyğəmbəri (s):«Ən üstün cihad budur ki, insan sübhü heç kəsə zülm etməmək niyyəti ilə açsın.»[5]

    1233. İmam Baqir (ə) «Mən əməlimdə zəif bir insanam, az namaz qılıb oruc tutsam da, çalışıram ki, ancaq halal yemək yeyim və yalnız halalımla (cinsi) yaxınlıq edim» deyən şəxsin cavabında buyurub: «Qarnını və ayıb yerini qorumaqdan üstün cihad nə ola bilər?!»[6]

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Nəhcül-Bəlağə, xütbə 230

    [2] Ğurərul-Hikəm, hədis 6009

    [3] əl-Kafi, c.8, səh.7, hədis 11

    [4] Əmaliyi-Səduq, səh.28, hədis4

    [5] əl-Məhasin, c.1, səh.456, hədis 1053

    [6] əl-Məhasin, c.1, səh.455, hədis 1052