islamic mənbələri

    1. home

    2. article

    3. Cihad (2)

    Cihad (2)

    Cihad (2)
    Rate this post

     

     

    Böyük cihad. Cihadiəkbər

    379. Cihadın növləri.

    1211. İmam Hüseyn(ə) «Cihad peyğəmbər sünnəsidir, yoxsa Allahın vacibatı?» sualına cavabında: «Cihad dörd növdür. Onların ikisi (ilahi) fərz (vacib), biri yalnız (ilahi) fərzlə (vaciblə birgə) olan sünnə, digəri isə (yalnız) sünnədir. Vacib olan iki cihad bunlardır: 1) İnsanın öz nəfsinin Allaha qarşı itaətsizliyini cilovlamaq üçün nəfsi ilə cihadı. Bu ən böyük cihaddır. 2) Sizinlə həmsərhəd olan kafirlərlə cihaddır. Bu da fərzdir. 3) Vaciblə birgə əməl olunan sünnət–bütün ümmətə vacib olan düşmən ilə cihaddır. Ümmət bu cihadı tərk etsə onlara əzab nazil olar və bu əzab bütün ümməti bürüyər. Həmin bu cihad imam üçün sünnədir, yəni, imam yalnız ümmətlə birgə düşmənə qarşı cihad edər. 4) Yalnız sünnə olan cihad, Peyğəmbərin (s) sünnəsini bərpa və həyatda tətbiq edərək qoruyub saxlamaqdır. Bu yolda səy göstərmək ən yaxşı əməldir, çünki Peyğəmbərin (s) sünnəsini diriltmək deməkdir.

    Peyğəmbər (s) buyurmuşdur ki, sünnəsi və yaxşılıq qanununu bərqərar edən şəxsin mükafatını o Həzrətin (s) özü verəcəkdir. Bu sünnəyə əməl edənlərin özlərinin savabından heç bir şey əskilməyəcəyi halda həmin şəxs Qiyamət gününədək bu sünnəyə əməl edənlərin savabından faydalanacaq.»[1]

    1212. İmam Əli (ə):«Qadının cihadı ərinə yaxşı qulluq etməkdir.»[2]

     

    380. Nəfs ilə cihada həvəsləndirmək

    1213. Allahın Peyğəmbəri (s):«Mücahid – Allaha xatir öz nəfsi ilə cihad edəndir.»[3]

    1214. İmam Əli (ə):«Nəfsə qarşı cihad Cənnətin mehriyyəsidir.»[4]

    1215. İmam Əli (ə):«Nəfsi istəklərin baş qaldıranda nəfsini cilovla və şübhələr yaranarkən nəfsini Allahın kitabına tərəf yönəlt.» [5]

    1216. İmam Kazim (ə):«Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir.»[6]

    381. Böyük cihad (cihadiəkbər).

    1217. İmam Əli (ə):«Peyğəmbər (s) qoşunu müharibəyə göndərir. Qoşun müharibədən qayıdanda o Həzrət (s) :«Xoş gəldin deyirəm, cihadi-əsğəri (kiçik cihadı) yerinə yetirənlərə. Ancaq, böyük cihad hələ də onların öhdəsində qalmaqdadır.» Ərz edirlər:«Ey Allahın Rəsulu, böyük cihad nədir?» Həzrət (s) buyurdu:«Nəfsə qarşı cihaddır.» İmam (ə):«Ən üstün cihad, insanın iki yanının ortasında gizlənmiş nəfsi ilə cihaddır.»[7]

    1218. İmam Əli (ə):«Ən üstün cihad nəfsani istəklərlə mübarizə və nəfsi dünya ləzzətlərindən çəkindirməkdir.»[8]

    1219. İmam Baqir (ə):«Cihad kimi (böyük) fəzilət, nəfsin istəklərilə mübarizə kimi cihad yoxdur.» [9]

     

    382. Nəfslə mübarizənin üsulu.

    1220. İmam Əli (ə):«İnsan öz düşməni ilə mübarizə apardığı kimi, sən də öz nəfsinlə mübarizə apar və rəqib öz rəqibinə qalib gəldiyi tək, sən də öz nəfsinə qalib gəl. Çünki, insanların ən güclüsü öz nəfsinə qalib gələnidir.»[10]

    1221. İmam Əli (ə):«Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın.»[11]

     

    383. Mübarizənin səmərəsi.

    1222. Allahın Peyğəmbəri (s):«Mübarizə ilə pis adətlərə qalib gəlmək olar.»[12]

    1223. Allahın Peyğəmbəri (s):«Öz nəfsani istəklərinizlə mübarizə aparın ki, qəlblərinizi hikmət bürüsün.»[13]

    1224. Allahın Peyğəmbəri (s):«Az yemək və içməklə öz nəfsinizlə cihada çıxın ki, mələklər başlarınız üzərinə kölgə salsın və şeytan sizdən qaçsın.»[14]

    1225. İmam Əli (ə):«Öz nəfsi istəklərinlə döyüş, qəzəbinə üstün gəl və nəfsin paklaşana qədər özünün pis adətlərinə qarşı çıx ki, əqlin kamala yetişsin və Rəbbinin mükafatından tam faydalana biləsən.»[15]

    1226. İmam Əli (ə):«Nəfslə döyüş və nəfsi saxlamaq dərəcələri (mənəvi məqamları) yüksəldər, yaxşılıqları ikiqat artırar.»[16]

    1227. İmam Əli (ə):«Nəfs mübarizə ilə islah olunar.»[17]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Tuhəful-Uqul, səh.243

    [2] əl-Xisal, səh.620, hədis 10

    [3] Kənzul-Ummal, hədis11261

    [4] Ğurərul-Hikəm, hədis 4755

    [5] Ğurərul-Hikəm, hədis 5406

    [6] Tuhəful-Uqul, səh.399

    [7] Məani-Əxbar, səh.160, hədis1

    [8] Ğurərul-Hikəm, hədis 3232

    [9] Tohəful-Uqul, səh.286

    [10] Ğurərul-Hikəm, hədis 4761

    [11] Ğurərul-Hikəm, hədis 2489

    [12] Tənbihul-Xəvatir, c.2, səh.119

    [13] Tənbihul-Xəvatir, c.2, səh.122

    [14] Tənbihul-Xəvatir, c.2, səh.122

    [15] Ğurərul-Hikəm, hədis 4760

    [16] Ğurərul-Hikəm, hədis 5407

    [17] Ğurərul-Hikəm, hədis 4319