Kiçik cihad. (Cihadi əsğər)

371. Cihad.

Quran:

«Ey Peyğəmbər! Kafirlər və münafiqlərlə cihad et. Onlara qarşı amansız ol. Onların yeri Cəhənnəmdir və necə də pis aqibətdir.» [1]

«De: «Əgər sizin atalarınız və övladlarınız…. sizinçün Allahdan, peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmri gəlincəyə qədər ləngiyin. Allah fasiqləri doğru yola yönəltməz.»[2]

Hədis

1189. Allahın Peyğəmbəri (s):«Cihad etməyən və ya cihad arzusunda olmadan bu dünyadan köçən şəxs müəyyən mənada münafiq hökmündə ölmüşdür.» [3]

1190. Mustədrikul-vəsail kitabından:«Bir kişi Allaha ibadət etmək üçün dağa çıxır, ailəsi isə onu peyğəmbərin (s) yanına gətirir. Peyğəmbər bu işi ona qadağan edib buyurur:«Əgər müsəlman cihad meydanında bir gün səbr edərsə, bu onunçün qırx il ibadətdən daha yaxşıdır.»[4]

1191. İmam Əli (ə):«Cihad Allah-taalanın özünün məxsus övliyaları üçün açdığı Cənnət qapılarından biridir. Cihad təqva libası, Allahın möhkəm zirehi və Onun yenilməz qalxanıdır.»[5]

1192. İmam Əli (ə):«Cihad dinin sütunu və xoşbəxt insanların işıqlı yoludur.»[6]

1193. İmam Əli (ə):«Allah-taala cihadı vacib etdi. Ona əzəmət verib qələbə rəmzi və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi cihaddan başqa heç bir şeylə düzəlməz.» [7]

1194. İmam Əli (ə):«Cihad İslamdan sonra ən şərəfli əməldir. Cihad dinin davamlılığının mayasıdır. Cihadın izzət və güc-qüdrət gətirməklə yanaşı böyük əcri də var. Cihad yürüş etməkdir. Onda yaxşılıqlar və savab da var, şəhadətə çatdıqdan sonra gələn Cənnət müjdəsi də.» [8]

1195. İmam Sadiq (ə):«Cihad vacib əməllərdən sonra ən üstün işdir.»[9]

 

372. Mücahid

Quran:

«Heç bir əziyyət və zərər çəkmədən cihaddan boyun qaçıran möminlər, Allah yolunda cihad edənlərlə bərabər deyillər.» [10]

Hədis:

1196. Allahın Peyğəmbəri (s):«Bütün bəndələrin əməlləri Allah yolunda (cihad edən) mücahidlərin yanında dimdiyində dəryadan bir qədər su götürən qaranquşa bənzər.» [11]

1197. Allahın Peyğəmbəri (s):«Qılınclar Cənnətin açarlarıdır.»[12]

1198. İmam Əli (ə):«Səmanın qapıları mücahidlərin üzünə açıqdır.» [13]

 

373. Mücahidlərə kömək etmək onları incitməyin məzəmməti.

1199. Allahın Peyğəmbəri (s):«Döyüşçünü bir iynə və ya sapla təchiz edən şəxsin Allah-taala keçmiş və gələcək günahlarını bağışlar.»[14]

1200. Allahın Peyğəmbəri (s):«Döyüşçünün məktubunu mənzil başına çatdıran hər kəs bir qulu azad etmiş insan və döyüşçünün cihadının «savab» qapısında onun şəriki mislindədir.»[15]

1201. Allahın Peyğəmbəri (s):«Allah yolunda cihad edən mücahidləri incitməyin. Çünki, Allah-taala peyğəmbərlərə görə qəzəbləndiyi kimi, onlara görə də qəzəblənər. Peyğəmbərlərin dualarını qəbul etdiyi kimi onların da dualarını qəbul edər.»[16]

 

374. Əl, dil qəlblə cihad əmri vermək.

1202. Allahın Peyğəmbəri (s):«Kişinin belinə sarılmış qılıncla qıldığı namaz, qılıncsız qıldığı namazdan yeddi yüz dəfə üstündür.»[17]

1203. İmam Əli (ə):«Allah yolunda əllərinizlə cihad edin. Əgər bunu bacarmasanız, dillərinizlə cihad edin. Bunu da bacarmasınız qəlblərinizlə cihad edin.»[18]

1204. İmam Əli (ə):«Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm, mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad edin.»[19]

 

375. Cihadı tərk etmək.

1205. Allahın Peyğəmbəri (s):«Allah-taala cihadı tərk edən şəxsin nəfsinə (canına) zillət libası geyindirər, həyatına yoxsulluğ gətirər və dinini yox edər. Allah-taala ümmətimin izzətini və qüdrətini atların nalları altında və nizələrin ucunda qərar vermişdir.»[20]

 

376. Cihadın növləri.

1206. İmam Əli (ə):«Cihad dörd hissəyə bölünür: əmr be məruf (yaxşı işlərə də‘vət); nəhy əz munkər (pis işlərdən çəkindirmək); döyüş meydanında mətanətli və dözümlü olmaq; günah edənlərlə mübarizə aparmaq.»[21]

 

377. Sərhədlərin mühafizəsi.

Quran:

«Ey peyğəmbər! Kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt davran. Onların yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.»[22]

«Ey iman gətirənlər! Səbrli olun və başqalarını səbrli olmağa çağırın, döyüşlərdə müqavimət, şücaət göstərin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız.» [23]

Hədis

1207. Allahın Peyğəmbəri (s):«Allah yolunda bir gün sərhəddi qorumaq, dünyadan və onda olan bütün şeylərdən yaxşıdır.» [24]

1208. Allahın Peyğəmbəri (s):«Ölümdən sonra hər bir əməl öz sahibini tərk edər, yalnız Allah yolunda sərhəddi qoruyan kimsənin əməlindən başqa. Onun əməli böyüyər və Qiyamət gününədək ruzisi verilər.» [25]

 

378. Keşik çəkməyin fəziləti.

1209. Allahın Peyğəmbəri (s):«Allah yolunda bir gecə keşik çəkmək min gecə-gündüz gecələri ibadət və gündüzləri oruc tutmaqla keçirməkdən üstündür.»[26]

1210. Allahın Peyğəmbəri (s):«İki göz Cəhənnəm odu görməyəcək:  Allah xofundan ağlayan göz və Allah yolunda gecə vaxtı keşik çəkən göz.»[27]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Təhrim, ayə 9

[2] Tövbə, ayə 24

[3] Səhihe-Müslim, c.3, səh.1517, hədis 1910

[4] Mostədrəkul vəsail, c.11, səh.21, hədis 12324

[5] Nəhcül-Bəlağə, xütbə 27

[6] Ğurərul-Hikəm, hədis 1346.

[7] Vəsailəş şiə, c.11, səh.9, hədis15.

[8] Nurəl-Səqəleyn, c.1, səh.408, hədis154.

[9] Mişkatul-Ənvar, səh.154.

[10] Nisa, ayə 95.

[11] Kənzul-Ummal, hədis 10680

[12] Mostədrəkul vəsail, c.11, səh.13, hədis 12293

[13] Ğurərul-Hikəm, hədis 1347

[14] Mostədrəkul vəsail, c.11, səh.24, hədis 12333

[15] Vəsailuş-Şiə, c.11, səh.14, hədis 4

[16] Kənzul-Ummal, hədis 10664

[17] Kənzul-Ummal, hədis10791

[18] Biharul-Ənvar, c.100, səh.49, hədis23

[19] Nəhcül-Bəlağə, məktub 47

[20] Əmali-Səduq, səh.462, hədis 8

[21] əl-Xisal, səh.232, hədis 74

[22] Ənfal, ayə 60

[23] Ali-İmran, ayə 200

[24] Kənzul-Ummal, hədis 10508

[25] Kənzul-Ummal, hədis 10611

[26] Kənzul-Ummal, hədis 10730

[27] Sonən əl-Tərməzi, hədis 1369


more post like this