Sual: 61. Qızın ailəsi ehtiyaclı olduğu cehizi bir dəfəyə almaq imkanında deyil. Əgər iş qazancından tədricən cehiz alsalar, bu əşyalara xüms düşürmü?

Cavab: İmam (r), Xamenei, Sistani, Nuri, Fazil və Vəhid: Əgər il ərzində, həmən ilin gəlirindən hazırlasalar və şənlərinə uyğun olsa xümsü yoxdur.

Safi və Behcət: Qızın ərə getmək yaşına yaxın olduğu vaxtda hazırlanan cehizə xüms düşür.

Məkarim: Əvvəlcədən cehiz toplamaq adi xərclərdən və xalq arasında yayılmış bir iş, onu toplamamaq isə eyb hesab olunarsa xümsü yoxdur.

Təbrizi: İzdivac ilində toplanan hissənin xümsü yoxdur. Əvvəlki illərdə hazırlanan hissənin isə vacib ehtiyata əsasən xümsü verilməlidir. Bəli, yetkinlik yaşına çatmazdan öncə ona bağışlanan əmlakın xümsünü vermək qıza vacib deyil.

Sual: 62. İl tamamlandıqdan sonra cehiz almaq üçün ehtiyat saxlanmış qazanc puluna (bir dəfəyə cehiz almağa imkan olmadığı üçün) xüms düşürmü?

Cavab: İmam (r), Təbrizi, Safi, Sistani, Məkarim və Vəhid: Bəli, xüms düşür.

Nuri: Xümsü yoxdur.

Fazil və Behcət: Əgər ehtiyat yığılmış pul qısa müddət ərzində saxlanarsa (məsələn üç ilə qədər) xümsü yoxdur.

Xamenei: Əgər yaxın gələcəkdə (məsələn, xüms ilindən iki-üç ay sonrayadək) cehiz almaq üçün ehtiyat pulu yığılarsa və onun xümsünü verdikdə cehiz almaq mümkün olmazsa, xümsü yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this