islamic mənbələri

    1. home

    2. article

    3. Cavab

    Cavab

    Cavab
    Rate this post

     

    405. Cavab.

    1288. İmam Əli (ə): Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar.»[1]

    1289. İmam Əli (ə):«Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar.» [2]

    1290. İmam Əli (ə):«Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz.»[3]

    1291. İmam Əli (ə):«Doğru cavab fəzilət və elmin nişanələrindəndir.»[4]

    1292. İmam Əli (ə):«Tündməzaclığı kənara qoy,  səbəbini fikirləş, özünü boş və mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan.»[5]

    1293. İmam Əli (ə):«Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona ən yaxşı cavabı vermiş olarsan.» [6]

    1294.  İmam Əli (ə):«Çox sözlər var ki, onların cavabı sükutdur.»[7]

    1295. İmam Sadiq (ə):«Hər suala cavab verən şəxs ağılsızdır.»[8]

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Nəhcul Bəlağə, hikmət 243

    [2] Ğurərul-Hikəm, hədis 5378

    [3] Ğurərul-Hikəm, hədis 8640

    [4] Ğurərul-Hikəm, hədis 9417

    [5] Ğurərul-Hikəm, hədis 5136

    [6] Ğurərul-Hikəm, hədis 4104

    [7] Ğurərul-Hikəm, hədis 5303

    [8] Məani-Əxbar, səh.238, hədis 2