Siz bu xəstəliklə barışmalı və övladınıza da bu işdə kömək etməlisiniz. Axı bu dünyada kimin çətinliyi yoxdur?! Məsələn, amansız düşmənə əsir düşmüş insan azadlığa çıxmaq üçün bütün xəstəlikləri qəbul etməyə hazırdır. Amma heç bir insanın həyatı üçün problem seçmək imkanı yoxdur. Demək, ən yaxşı yol insanın öz taleyi ilə barışıb, daimi narazılıq ruhiyyəsindən uzaqlaşmasıdır. Narazılıq özü də bir xəstəlikdir və digər xəstəlikləri gücləndirir. Razılıq isə, əksinə, şəfaverici bir xüsusiyyətdir.
Övladınızı sevin, ehtiyaclı olduğu vaxt ona kömək edin, onu tənha qoymayın. Körpəniz arxayın olmalıdır ki, onun heç bir xəstəliyi sizin məhəbbətinizə mane ola bilməz. Axı sizin özünüzün də problemləriniz var. Əgər həmin problemlərə görə sizə soyuq yanaşsalar, sizi sevməsələr razı qalarsınızmı?! Bir-birinizi sevin!


more post like this