Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bə᾽zi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bə᾽zilərində isə 14 mə”sum) mö᾽minin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.)

Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: “İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək mə”sumları görürəm.”

Həmçinin, “sizin də nurlu surətiniz görünür” dedi.

Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mə᾽rifəti, məhəbbəti qədər bəhrə aparar.

Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-mö᾽minin Əli (əleyhissalam) buyurur: “Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mö᾽min olsun, istərsə də kafir.”

Bəli, bu görüş mö᾽minlər üçün ne᾽mətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.

http://sualcavab.ge

 

 


more post like this