Ruslan Növrəs

Canı zibh etmək üçün kuyinə canan çəkdi,

Kamına yetmək üçün canım əcəb can çəkdi.

 

Gördüm ol mahi elə nuri-təcəlla etdi,

Onu öz yarıma bənzətdim, əcəb qan çəkdi.

 

Dəşti-sevdadə tək idim görüb ol cananı,

Sinə gərdim qəmi-hicrə – məni meydan çəkdi.

 

İstədim bir kərə vəslilə güləm, cananın,

Yığılıb dərdü-qəmim üstümə üsyan çəkdi.

 

Bir gecə ahımı, fəryadımı bülbül duydu,

Hər səhər zarə gəlib naləvü əfğan çəkdi.

 

Göstərib qəlbimi rəssamə dedim rəsmini çək,

Baxaraq gözlərimə xaneyi-viran çəkdi.

 

Axı, bica yerə meyxanədən ikrah etdin,

Səni, ey zahid, öz ağuşınə şeytan çəkdi.

 

Sən qəzəlçün yaranıbsan elə bil, ey Növrəs,

Bəxtini nəzmə görən hansı qəzəlxan çəkdi?!..

canderyasi.com


more post like this