679. Camaatla mehriban davranmaq

2081. Allahın Peyğəmbəri (s):«Rəbbim mənə vacibatları yerinə yetirməyə fərman verdiyi kimi, xalq ilə mehriban rəftar etməyimi də əmr etmişdir.»[1]

2082. Allahın Peyğəmbəri (s): «Xalqa mehribanlıq göstərmək imanın, onlarla yumşaq və xoşluqla rəftar etmək isə həyatın yarısıdır.»[2]

2083. Allahın Peyğəmbəri (s): «Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlığ və mə‘nəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir.»[3]

2084. İmam Əli (ə): «Əqlin meyvəsi insanlarla mehriban davranmaqdır.»[4]

2085. İmam Əli (ə): «Dinin və dünyanın salamatlığı xalqla mehriban olmaqdır.»[5]

2086. İmam Əli (ə): «Öz düşmənləri ilə mehriban davranan kəs, müharibələrdən amanda olar.»[6]

2087. İmam Əli (ə): «Əgər xoşluqla rəftar etmək bir kəsi islah etmirsə, ağır cəza vermək onu düzəldər.»[7]

2088. İmam Əli (ə) öz səhabələrini məzəmmət edərkən: «Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatla rəftar edəcəm?! Bir tərəfdən tikiləndə, o biri tərəfdən sökülən paltarlar kimi… Mən bilirəm, sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəldər. Amma mən sizin islah olunmanızı, özümü xarab etmək bahasına başa gəlməsini rəva bilmirəm.»[8]


Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] əl-Kafi, c.2, səh.117, hədis 4

[2] əl-Kafi, c.2, səh.117, hədis 5

[3] əl-Kafi, c.2, səh.116, hədis 1

[4] Ğurərul-Hikəm, hədis 4629

[5] Ğurərul-Hikəm, hədis 5610

[6] Ğurərul-Hikəm, hədis 85839

[7] Ğurərul-Hikəm, hədis 8202

[8] Nəhcül-Bəlağə,  xütbə 69


more post like this