islamic mənbələri

    1. home

    2. article

    3. Camaat

    Camaat

    Camaat
    Rate this post

     

    346.Allahın əli camaatladır

    1114.Allahın Peyğəmbəri (s):«Ey insanlar! Birliyə, bütövlüyə üz tutun və parçalanmaqdan çəkinin.»[1]

    1115.Allahın Peyğəmbəri (s):«Allahın əli toplumun başı üzərindədir. Toplumdan bir nəfər ayrılanda şeytan onu canavar sürüdən ayrılmış qoyunu oğurladığı kimi oğurlayar.»[2]

    1116.Allahın Peyğəmbəri (s):«Allahın əli camaatladır.»[3]

    1117.Allahın Peyğəmbəri (s):«Camaat və birlik rəhmət, təfriqə və parçalanma isə əzabdır.»[4]

     

    347.Camaatın mənası

    1118.Allahın Peyğəmbəri (s) («Sənin ümmətinin camaatı nədir?» sualının cavabında): «Hətta on nəfər olmuş olsalar belə, haqq olanlar»[5]

    1119.İmam Əli (ə) («Sünnə, bidət, camaat və təfriqə»nin mənası barədə sualın cavabında): «And olsun Allaha, sünnə həmin Məhəmmədin sünnəsi, bidət ona zidd olan şeydir. And olsun Allaha, camaat hətta az olsalar belə haqq əhli ilə birlikdə olmaq, təfriqə isə hətta çox olsalar belə batil əhli ilə əlbir olmaqdır.»[6]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] Kənzul-Ummal, hədis 1028

    [2] Kənzul-Ummal, hədis 1032

    [3] Kənzul-Ummal, hədis 20241

    [4] Kənzul-Ummal, hədis20242

    [5] Məani əl-Əxbar, səh.154, hədis 2

    [6] Kənzul-Ummal, hədis1644