Cahil cəmiyyətlərdə qadın xarakteri mədəniyyət səviyyəsindən asılı olmayaraq, cəmiyyətin hər təbəqəsi tərəfindən tətbiq olunur. Bunun səbəbi isə cəmiyyətin bütün üzvlərinin bu xarakteri qız uşaqlarına kiçik yaşlardan etibarən cazibədar göstərmələridir. Uşaqlıq illərindən etibarən ətrafdakı insanlardan eyni təlqinləri alaraq tərbiyə edilən qız uşaqları, cəmiyyət tərəfindən özləri üçün uyğun hesab edilən bu xarakteri çox vaxt heç sorğu-sual etmədən qəbul edərlər.

Analarını və ətraflarındakı digər qadınları müşahidə edərək, yetkin bir insan olduqları zaman hansı xarakterdə olacaqları və həyatlarını hansı ideallar üzərinə quracaqları mövzusunda müəyyən bir fikir formalaşdırarlar. Ətraflarındakı bu insanlardan eşitdikləri sözləri təkrarlayar, onlardan gördükləri davranışları təkrarlayar, onlar kimi ola bilmək üçün səy göstərərlər. Nəticə olaraq da, daha fərqli bir modellə qarşılaşmadıqları üçün özləri üçün ən ideal şəxsiyyətin bu olduğunu sanaraq, böyüklərindən gördükləri eyni qadın xarakterinin qüsursuz oxşarı olurlar.
Əlbəttə, əvvəlki bölmələrdə də qeyd edildiyi kimi, cahiliyyə cəmiyyətində geniş şəkildə yaşanılan bu xarakterin səhvlərini görən və bu xarakteri mənimsəməyən qadınlar da var. Ancaq bu yanlışlığı görmələri, yenə də bu kəsləri təməldə cahiliyyənin qadın xarakterindən uzaqlaşdırmağa bəs etmir. Bəlkə bu yanlışlıqların bir qismindən xilas ola bilirlər, amma şəxsiyyətlərini təyin edən meyarlar yenə Quran əxlaqından kənar və cahiliyyə qaydalarına söykəndiyi üçün, yaşadıqları xarakter yenə müxtəlif yanlışlıqlarla doludur. Bu səbəbdən bu kəslərin cahiliyyə cəmiyyətində geniş şəkildə yaşanan qadın xarakterindən fərqlilikləri, təməldə onları aşağı səviyyədə görüb özlərini bu təsnifatın xaricində tutmalarıyla məhdudlaşar. Çünki Allahın Quranda bildirdiyi müsəlman qadın xarakteri yaşanmadığı təqdirdə, ortaya çıxacaq olan hər şəxsiyyət şübhəsiz səhvlərlə dolu olacaq.

Cahil cəmiyyətlərdəki qadın xarakterinin ümumi xüsusiyyətlərini araşdırdığımızda, adı hər nə qədər “iş qadını” ya da “evdar qadın” olaraq dəyişsə də, bu kəslərin təməldə ortaq bir xarakterin damı altında birləşdiklərini görərik. Belə ki, kişi ya da qadın, kiçik ya da böyük, cəmiyyətin hər hansı bir fərdindən soruşulsa, qadın xarakteri haqqında dilə gətirəcəkləri təəssüratlar az qala bir-birinin eyni olacaq. Bunlar arasında ən vacib olanlarından biri isə, qadınların kişilər qədər güclü və dözümlü ola bilməyəcəklərinə dair inancdır. Cəmiyyətin kişi fərdləri qədər, qadınların bəziləri də bu yaraşdırmanı qəbul etmişdir. Özlərinə yaraşdırılan “qorunan” xarakter səbəbindən heç vaxt “qoruyan” şəxslər mövqeyində ola biləcəklərini düşünməmişlər. Kişidən daha aciz və daha bacarıqsız olduqlarına inandıqlarından, ümumiyyətlə maddi mənəvi cəhətdən özlərinə baxa biləcək, təhlükələrə qarşı onları qoruyacaq şəxslərə sığınma ehtiyacı hiss edərlər. İstər ailə həyatında həyat yoldaşlarına, istərsə də daha sonrakı illərdə oğullarına olan yanaşmalarında həmişə bu düşüncəylə hərəkət edər, ətraflarında da özlərinə bu imkanları təmin edə biləcək şəxsləri axtararlar.

Bu zəif xarakter bu şəxslərin “romantiklik, ağlama, küsmə, incimə, qısqanclıq, şikayətlənmə” kimi davranış pozuqluqlarına uyğun bir əxlaqa yiyələnmələrinə səbəb olar. Bunlar ümumiyyətlə cahiliyyə cəmiyyətlərində qadın anlayışı ilə birləşmiş və “qadınların özündə olan xüsusiyyətlər” olaraq qəbul edilən xüsusiyyətlərdir. Məsələn qadının hadisələr qarşısında həddindən artıq həssaslıq göstərərək ağlaması da son dərəcə adi davranış kimi qəbul edilmişdir.

Kişi xarakterində hakim olan davranış cəsurluq və mərdlikdisə, qadının da küsəyən, romantik və kövrək bir quruluşu olduğuna inanılır. Bunlarla bərabər, hadisələr qarşısında dərhal “ümidsizliyə düşmək, təlaşa qapılmaq, deyinmək” cahiliyyə qadınlarında tez-tez görülə bilən, Quran əxlaqına zidd xüsusiyyətlərdəndir.

Qadın xarakterinə dair bütün xüsusiyyətlərin ümumi cəhəti isə, bunların hər birinin, onlara yalnız çətinlik və bədbəxtlik gətirməsidir. Göstərdikləri əxlaq səbəbindən həyatlarını daimi gərginlik, stress və çətinlik içərisində keçirərlər. Yaşadıqları əxlaqın və bədbəxtliklərinin əsas səbəbi isə, dünyagörüşlərinin, həyat məqsədlərinin, özləri üçün seçdikləri idealların səhv olmasıdır.

Cahil cəmiyyətin digər fərdləri kimi qadınlar da bütün həyatlarını “dünya həyatı” və “bu həyatın bəzəkləri” üzərində qurmuşlar. Dünya həyatının insanlara təqdim etdiyi mənfəətlərdən mümkün qədər çox faydalana bilmək, həyat standartlarını yüksəldəcək imkanlar əldə edə bilmək, cəmiyyətin gözündə yaxşı ad, etibar qazanmaq, sahib olduqlarıyla ətraflarının heyranlığını və tərifini qazana bilmək bu kəslərin başlıca ideallarındandır.

Narahat olduqları mövzular isə, bu ideallarıyla bağlı olan, gələcək qorxusu, mal və can qayğısı kimi təməl mövzular üzərinə qurulmuşdur. Cəmiyyət tərəfindən özlərinə təlqin edilən yalnız “yaxşı evdar qadın, yaxşı ana və yaxşı həyat yoldaşı olabilmək”dir. Bundan başqa maddi müstəqilliklərini əldə edə biləcəkləri peşə və yaxşı kariyera sahibi olmalarıdır.

Halbuki bu və bunun kimi düşüncələrin hamısı səhvdir. İnsanları həm dünyada, həm axirətdə, gərək insanların gözündə gərəksə Allah Qatında şərəfli və üstün mövqeyə gətirə biləcək tək bir həyat şəkli, tək bir xarakter və tək bir əxlaq anlayışı vardır. Qurana görə yaşamaq insanlara ən güclü xarakteri və ən gözəl əxlaqı qazandırar. Bu da adamın həm Allahın razılığını, həm də insanların sevgisini və hörmətini qazanmasını təmin edər. (http://romantizmtehlukesi.com/)

Bu səbəbdən, qadın olsun, kişi olsun hər insanın ilk edəcəyi iş, özündən istənilən şəxsiyyətə bürünməsi deyil, doğru olanı araşdırıb tapması və bu şəxsiyyəti mənimsəməsi olmalıdır. Allah, bütün insanların yaşaması üçün vacib olan ən gözəl şəxsiyyəti və ən doğru xarakter xüsusiyyətlərini Quran ilə bizlərə bildirmişdir. Quranda göstərilən bu yol ən sadə, ən asan və ən mükəmməl olanıdır. Allah, bu həqiqəti bizlərə bu sözlərlə bildirməkdədir:
İman gətirib yaxşı işlər görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!. (Kəhf Surəsi, 88)
http://meqaleler.blogspot.com


more post like this